Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azər Məmmədovdan halallıq almışam" – Adil Şükürov
    25.11.2023 16:21:03

    "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın XlV urunun "Səbail"lə oyunundan sonra mətbuat konfransında iştirak edib. 

    Prosport.Az xəbər verir ki, o, komandasının performansını dəyərləndirib:

    "Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. "Kəpəz" azarkeşlərinə təşəkkür edirəm ki, bu gün bizi təlk qoymadılar, dəstək verdilər. Futbolçular da əllərindən gələni etdilər. Komandada yeni olsaq da, tam üslubumuzu tətbiq etmək üçün müəyyən vaxt lazımdır. Milli komandalara görə çempionata verilən fasilə zamanı çalışdıq ki, nələrəsə nail olaq. Qismən də istədiklərimizə nail ola bildik. Bundan sonrakı matçlara baxacağıq. Daha çətin oyunlarımız gəlir, sıx qrafikimiz olacaq. Futbolçularla bu barədə danışmışıq. Komandamız daha yaxşı performans göstərərək, uğurlu nəticələr qazana bilər".

    – Bu heyətlə Premyer Liqada qalmaq olar?
    – Hər komandada davamlı dəyişikliklər olmalıdır. Bu komandada həm oyun üslubu olaraq, həm də futbolçu sarıdan dəyişikliklər etmək lazımdır. Bəzi futbolçulara ehtiyacımız var. Onu da qış fasiləsində etmək istəyirik. Amma hazırda bizdə olan futbolçuların ən yaxşı performanslarını göstərməsini istəyirik.

    – İndiki futbolçulardan kimlərisə göndərib gətirəcəksiniz, yoxsa necə?
    – Hələ o barədə tam olaraq qərar verməmişəm. Onu qışda dəqiqləşdirəcəyik. Bəzi oyunçularla müqavilə bağlamaq haqda fikirləşirik. Amma onların qışa qədər vaxtı var. Gərək o dönəmdə özlərini göstərsinlər ki, komandada qalsınlar. Bu hər bir futbolçuya aiddir.

    – Komanda ilk dəqiqələrdən istəkli görünürdü. "Qara zolağ"a düşən komandanı mental cəhətdən dəyişmək çətin olmadı?
    – Futbolçulara aşılamaq istəyirik ki, davamlı olaraq öz futbolumuzu oynayaq. Rəqibin kimliyindən asılı olmayaraq, çalışırıq ki, istədiyimiz oyunu meydanda tətbiq edək. Ki, öz üslubumuz seçilsin. "Kəpəz"in hər zaman öz üslubu olub, hücum futboluna üstünlük verib. Biz də futbolçulara olduqları yeri bilmələrini aşılayırıq. Futbolçular psixoloji cəhətdən buna hazır olmalıdır. Onlar bilməlidir ki, futbol regionunu təmsil edirlər.

    – Son 20 dəqiqədə futbolçuların gücü tükənmişdi?
    – Bəli, yorğunçuluq oldu. Qısa dönəmdə komandanı qəbul etmişik. Bu dönəmdə futbolçuların performansının yüksəlməsinə çalışdıq. 60-70-ci dəqiqəyə qədər komandanı formalaşdıra bilmişik. Bundan sonrakı işimiz daha çətindir. Çünki sıx qrafikdəyik. Bütün futbolçuların xidmətindən istifadə edəcəyik ki, zədələr olmasın.

    – Qapı xəttində sizə qədər çoxlu problemlər var idi. Amma İqor Rodriqes "Səbail"ə qarşı pis görünmədi. Ona bundan sonra da şans verəcəksiniz?
    – Çempionat və kubok oyunlarımız var. Bütün oyunçulara şans verəcəyik ki, sonda onlar haqda qərar vermək də bizim üçün asan olsun.

    – Azər Məmmədovla danışıb, halallıq almışdınız?
    – Mütləq. Azər müəllimlə bu gün də danışırıq, bu gün də görüşürük. Onun bu komandanın formalaşmasında əziyyəti var. Onunla görüşüb, danışmışıq. Davamlı olaraq da əlaqədəyik.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved