Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçında "Səbail" "Kəpəz"i qəbul edib.
“ASCO Arena”dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra "dənizçilər" 21 xalla 3-cü, qonaqlar 10 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Qəbələ" "Turan Tovuz"un müqavimətini qırmağa çalışacaq. Bu oyun saat 16:00-da başlanacaq.
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyib. Tura sabah oynanılacaq "Neftçi" - "Araz-Naxçıvan" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq.

