İtaliyalı tanınmış sabiq məşqçi Fabio Kapellonun Bakıya gəlişi baş tutmayıb.
Qonağın Azərbaycan səfərinin baş tutmamasının səbəbləri barədə Prosport.Az saytına təşkilatçı Rza İbrahimi danışıb:
"Bilmirəm nədənsə Kapelloya Azərbaycanda maraq göstərilmədi. Kapello İtaliyada ilin məşqçisi seçilmiş, Çempionlar Liqası, UEFA Superkubokunu qazanmış məşqçidir. Onun seminarları üçün qiyməti 50 manat civarında qoysaq da, maraq göstərilmədiyindən, onun Bakıya səfərini ləğv etdik. Həmin tədbir Tehranda baş tutacaq".
Qeyd edək ki, Fabio Kapello ilə görüş 23 və 24 noyabrda baş tutmalı idi.

