Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    Ölkə idmanında şok hadisə: “Xarı Bülbül” dağılır, Hacı Nuran uzaqlaşdırıldı – YENİLƏNİB
    23.11.2023 22:11:44

    Kişilərdən ibarət "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandaları dağılmaq təhlükəsinin astanasındadır.

    Prosport.Az-ın əldə etdiyi məlumata görə, bu mövsüm Yüksək Liqanın ilk turunda üz-üzə gəlməli olan komandaların oyununun təxirə salınmasının əsas səbəbi maliyyə ilə bağlıdır.

    Belə ki, komanda federasiyadan maliyyələşmədiyindən, klub prezidenti təyin olunan Hacı Nuran Hüseynov isə sponsor tapmaq yönündə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyindən, hər iki komanda dağılmaq təhlükəsi ilə üzləşib. Danışıqlar aparılan şirkətlər Şuşa adını daşıyan komandaya sponsorluq etmək istəməyib. Artıq Hacı Nuran "Xarı Bülbül Şuşa"nın prezidenti postundan kənarlaşdırılıb.

    Komanda hazırda 3 aydır ki, maaş üzünə həsrətdir. "Xarı Bülbül Şuşa" bu səbəbdən avrokubokda – Çelenc Kubokunun 1/16 final mərhələsində Yunanıstanın "Panatinaikos" komandasına qarşı Bakıda oyuna çıxmaq istəməyib. Yalnız Azərbaycan Voleybol Federasiyası 1 ayın maaşını ödəməyi boynuna götürdükdən sonra, məşqlər bərpa olunub və komanda oyuna çıxıb.

    Bununla belə, "Xarı Bülbül Şuşa"nın Afinada keçirəcəyi səfər oyununa çıxması sual altındadır. Çünki noyabrın 29-da baş tutacaq oyun üçün təyyarə biletləri maliyyə problemləri ucbatından alınmayıb. Əgər komanda 3 gün ərzində maliyyə tapa bilməsə, komanda dağılacaq və texniki məğlubiyyət veriləcək. Bundan başqa, Avropa Voleybol Konfederasiyasının (CEV) bu duruma görə Azərbaycan Voleybol Federasiyasını cəzalandıracağı istisna olunmur.

    Qeyd edək ki, "Xarı Bülbül Şuşa" Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın "Spartak" klubunu Bakıda keçirdiyi hər iki oyunda məğlub etməyi bacarmışdı.

    11:31

    Kişilərdən ibarət “Xarı Bülbül” voleybol klubu Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət ünvanlayıb.

    Prosport.Az xəbər verir ki, müraciət bu gün Yüksək Liqada keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınması ilə bağlıdır.

    Müraciətdə bildirilir ki, “Xarı Bülbül” klubu Çelenc Kubokunun 1/16 final mərhələsində noyabrın 29-da Yunanıstanın “Panatinaikos” kollektivinə qarşı cavab matçına çıxacaq. Şuşa təmsilçisinin bu oyuna səmərəli hazırlaşa bilməsi üçün noyabrın 23-də Azərbaycan çempionatında “Xarı Bülbül”ə (Laçın) qarşı matçının təxirə salınması xahiş olunub.

    AVF bu müraciəti nəzərə alaraq, noyabrın 23-nə planlaşdırılan “Xarı Bülbül” (Şuşa) – “Xarı Bülbül” (Laçın) görüşünün təxirə salınması ilə bağlı qərar qəbul edib.

    Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “Azərreyl” – “Murov Az Terminal” komandaları üz-üzə gələcək.

    Təxirə salınan “Xarı Bülbül” (Şuşa) – “Xarı Bülbül” (Laçın) matçının keçiriləcəyi tarix haqqında məlumat veriləcək.

    Özəl xəbər

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Futzal

    "Araz-Naxçıvan"ın yeni prezidenti bu şəxs oldu – ÖZƏL

    5.09.2026 09:32:02
    Özəl xəbər

    AFFA-da Fərrux İsmayılovun ayrıldığı departamentdə yeni rəhbər – ÖZƏL + FOTOLAR

    4.09.2026 17:04:36
    Özəl xəbər

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Top oyunları

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13
    Futbol

    "Kəpəz" kosovolu futbolçu transfer etdi, portuqaliyalı legioner "qara siyahı"ya düşdü

    1.09.2026 14:00:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved