Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    “Erməni ilə final döyüşünə psixoloji cəhətdən tam hazır idim” – Nicat Hüseynov
    20.11.2023 23:08:22

    “İlk gündən özümü finalda gördüyümdən və buna inandığımdan, erməni rəqiblə döyüşə psixoloji cəhətdən tam hazır idim”.

    Prosport.Az xəbər verir ki, bunu Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olan Nicat Hüseynov (51 kq) finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub etdiyi görüş barədə danışarkən deyib.

    İkiqat qitə çempionu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında həlledici duelə rahat çıxdığını bildirib: “Püşkdən sonra yarımqruplara baxdıqda bilirdim ki, finalda erməni ilə qarşılaşacağam. Çünki o, zəif yarımqrupda yer almışdı. Bütün əziyyətimi, olanları gözümün qarşısına gətirib rinqə yalnız qələbə üçün çıxdım və qalib gələrək, Azərbaycan himnini səsləndirdim”.

    19 yaşlı boksçu bildirib ki, yarışa yollanarkən yeganə hədəfi ikinci dəfə Avropa çempionluğunu qazanmaq olub: “Avropa çempionu titulumu qoruduğum üçün sevincliyəm. Fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı yenidən bacardım. Çempionatdan əvvəl ikinci dəfə Avropa çempionu olacağımı gözləyirdim. Ötən il Xorvatiyada keçirilən yarışın qalibi olmuşdum. Öz-özümə deyirdim ki, bu il də çempion olmalıyam. Hədəfim qızıl medal idi və bunu da əldə etdim”.

    N.Hüseynovun sözlərinə görə, yarışda ən çətin döyüşü yarımfinala təsadüf edib: “Bütün döyüşlərimi hakimlərin yekdil qərarı – 5:0 hesablı qələbə ilə bitirdim. Yarımfinal döyüşündə türkiyəli Semih Gümüşə qarşı bir anlıq həyəcan keçirdim. Amma yekunda yenə inamlı qələbə qazandım”.

    Azərbaycan millisi U-22-lərin Avropa çempionatında 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

    Boks

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Döyüş növləri

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Boks

    Boksçularımızdan Avropa çempionatına uğurlu start

    18.09.2026 10:23:24
    Döyüş növləri

    Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri bilindi

    16.09.2026 21:40:54
    Boks

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    14.09.2026 16:07:03
    Döyüş növləri

    Azərbaycan Avropa çempionatını 2 medalla başa vurdu

    21.08.2026 20:25:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved