Azərbaycan idmançıları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən universal döyüşün güləş versiyası üzrə dünya çempionatında 17 medal qazanıb.
Prosport.Az xəbər verir ki, 35 ölkə təmsilçilərinin qatıldığı yarışda 28 idmançımız mübarizə aparıb.
Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərlik etdiyi komandalar yeniyetmələr, gənclər və böyüklər arasında güclərini sınayıb. Yeniyetmələr 1 qızıl, 3 gümüş, 2 bürünc, gənclər 2 qızıl, 1 gümüş, 2 bürünc, böyüklər isə 1 qızıl, 2 gümüş, 3 bürünc medal ilə Vətənə qayıdıb.

