Bu gün Tailand liqasında lX turun növbəti matçları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin forvardı Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted” doğma meydanda “Patum Yunayted”lə qarşılaşıb. Görüş heç-heçə başa çatıb – 0:0.
Ramil Şeydayev meydana start heyətində çıxıb və əvəzlənmədən oynayıb. O, 82-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Buriram Yunayted” 8 turdan sonra 16 xalla 4-cü pillədədir.

