Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qapı kilidlənmişdi, bir təhər aça bildik" – Azər Məmmədov
    28.10.2023 21:44:44

    "Kəpəz" Azərbaycan Premyer Liqasının Xl turunda səfərdə "Turan Tovuz"a 0:4 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Danışılası çox şey yoxdur. Məğlub olmuşuq. Təhlil edib, səhvlərimizə baxmalıyıq. "Turan Tovuz" bu gün qələbəyə layiq idi.

    – Əsas oyunçuların hamısını start heyətdə meydana buraxmışdınız. Buna baxmayaraq, ilk yarıda nəticə əldə edə bilmədiniz. Səbəb nədir?
    – İlk hissə ümidverici futbol oynayırdıq. Oyunun qırılma nöqtəsi ilk hissənin son dəqiqəsində vurulan qol oldu. 2-ci hissədə vəziyyəti düzəltməyə çalışdıq. Hücuma atılanda qapımızda 2-ci qolu gördük. Bundan sonra komanda oyun intizamından qopdu.

    – "Turan Tovuz" çox güclü oynadı, yoxsa "Kəpəz" zəif oynadı?
    – Hesab edirəm ki, ilk hissə bərabər oyun gedirdi. "Turan Tovuz" fiziki baxımdan bizdən üstün idi. Buna görə qələbə qazandılar.

    – "Turan Tovuz"la oyunda "Kəpəz" uğurlu nəticələr qazana bilmir. Bu sindromu qırmaq üçün nə lazımdır?
    – Mən özüm futbol oynayanda da "Turan Tovuz"la oyunlar həmişə çətin olurdu. Etiraf edək ki, rəqib heyət, struktur olaraq bizdən üstündür. Səviyyə fərqi görünür. 

    – Hakimlikdən narazılığınız var?
    – İndiyə kimi hakimlər haqda danışmamışam. 0:4 hesabı ilə məğlub olmuşuqsa, hakim haqda danışmağa dəyməz. Amma məncə, 2-ci qoldan öncə verilən korner qərarı yanlış idi. Bundan sonra komanda tam olaraq açıldı. Orada korner yoxdursa, bunun məğlubiyyətə təsiri ola bilər.

    – Mətbuat konfransına gec gəlməyinizin səbəbi nə idi?
    – Qapı kilidlənmişdi, bir təhər aça bildik. Ona görə ləngidik.

    – Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Ağır məğlubiyyətdən sonra komandanı motivasiya etmək çətin olmayacaq?
    – Sözsüz ki, favorit "Qarabağ"dır. Azərbaycanı Avropada uğurla təmsil edirlər. Amma biz güclü komandalara qarşı yaxşı oynayırıq. Bu gün ilk hissədəki oyunu oynasaq, "Qarabağ"ın avrokubok matçından yararlanıb nəticə əldə edə bilərik.

    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Futbol

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14
    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved