Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mələk deyiləm, günahlarım da var" – Şahin Diniyev
    28.10.2023 19:04:44

    "Səbail" Azərbaycan Premyer Liqasının Xl turunda səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Maraqlı oyun oldu. Azarkeşlər çox qol gördülər. 1-ci hissə bizim, 2-ci hissə "Zirə"nin üstünlüyü oldu. "Zirə" çox yaxşı təşkilatlanmış komandadır, müdafiədə boşluqlar vermir. İlk yarıda bu boşluqları tapa bildik. Daha bir neçə qol epizodumuz oldu, sadəcə bir az məsuliyyətli yanaşmadıq. 2-ci yarıda komanda psixoloji baxımdan "oturdu" və hesabı saxlamağa çalışdı. Futbol da belə şeyləri sevmir. Bəlkə də 11 oyunda mənim ən xoşuma gəlməyən bugünkü 2-ci 45 dəqiqə idi. Futbolçularımdan geridə qalmış 10 oyunda niyə xoşum gəlir? Rəqibin kimliyindən asılı olmayaraq, 3 xal üçün oynayırdıq. Futbolçuların gözləri yanır. Amma bu gün 2-ci yarıda onu görmədim. Komanda "oturdu" və buna görə mütləq cəzalandırılmalıydıq ki, o da oldu. "Zirə"yə uğurlar arzulayıram, Rəşad Sadıqov intizamlı komanda qurub. "Zirə" nə etmək istədiyini bilən komandadır. Bəlkə də səfərdə liderdən 1 xal almaq sevindirici hal ola bilərdi. Amma mən hər dəfə nəticədən çox, oyunun keyfiyyətinə fikir verən məşqçilərdənəm. O sarıdan 2-ci yarı məni çox məyus etdi. İrəli baxmalı, gələcək oyunlara hazırlaşmalıyıq.

    – Aleksandr Ramalinqom fərdi oyuna üstünlük verirdi, əlverişli epizodda olan komanda yoldaşına ötürmə vermirdi...
    – Razıyam. Paltardəyişmə otağında da ona dedim. Keyfiyyətli futbolçudur, bu gün sanki bir az özünü daha hazırlıqlı hesab edirdi. Çox bacarıqlı hücumçudur. Azərbaycan çempionatında görün nə qədər yaxşı müdafiəçilər var. Bir epizodda sadəlikdən mürəkkəbliyə keçdi. Məncə, gələn oyunlarda belə səhvlər olmayacaq. "Zirə" geridə qalan 11 oyunda heç vaxt 2 qol buraxmamışdı. Belə komandaya 2 qol vurmaq... 2-ci yarı rəqib bizdən daha yaxşı oynadı. Məncə, nəticə oyuna görə oldu.

    – Qışa qədər "Səbail" çempionatı 2-3-cü bitirsə, yeni transferlər olacaq?
    – Şans olacaqsa, hərəkət edəcəyik.

    – Pedru Nununu niyə əvəzlədiniz?
    – Pedru topla oynamağı sevən, yaradıcı biridir. 2-ci hissədə yaradıcılıqda 0-a düşdük. Bizdə top yox idi. O qaçmağa başladı və yoruldu. Dəyişdik ki, ortanı bağlayaq. Əfsus ki, topsuz işlədiyi üçün yoruldu.

    – Digər klubların məşqçiləri gəncdir. Rəqabət hiss edirsiniz? Vaxtı ilə rəhbərliyiniz altında oynayıblar...
    – Hər birini çox istəyirəm. Böyük hörmətim var, öz işlərini mükəmməl görürlər. Azərbaycan çempionatında tarazlıq yaranmasında onların rolu böyükdür. Komandalarımız taktiki cəhətdən savadlı oynayır. Məşqçi, oyun və maliyyə bir-birilə bağlıdır.

    – Sizdə əminlik var ki, "Səbail"in sponsoru sona qədər öhdəliklərini yerinə yetirəcək?
    – Bu ilin mayında "Şamaxı" ilə matçımız var idi. Klubun taleyi nazik ipdən asılı idi, yəni son oyundan. Bu klub yox ola bilərdi. Heç kim sənə zəmanət verə bilməz ki, zaman xeyrinə işləyəcək. Yanvarda biləcəksən ki, sən nəyə qadirsən. Əvvəldən 2 Ramalinqom gətirib, ilk turda "Sumqayıt"a 1:4 uduzsaydım, heç kim məni başa düşməyəcəkdi. Baxışım budur, bəlkə səhvdir. Mələk deyiləm, günahlarım da var. Amma istəyirəm axşam yatanda rahat olum, bilim ki, heç kimin haqqına girməmişəm. Büdcə var, o demək deyil ki, nə istəyirsən, et. Mən "Səbail"də, futbolumuzda özümdən sonra iz buraxmaq istəyirəm.

    – Ötən il demişdiniz ki, "Səbail" Premyer Liqada qalacaq və qaldı. Bu mövsüm istək nədir?
    – İstəklə reallıq üst-üstə düşməlidir. Hərdən düşmür. Deyirlər ki, 3-də gedirsən, niyə 2-ni istəmirsən? Axı reallıqlar var. Demişdim ki, iddialı "Səbail" olacaq, oldu. Hər oyunda qol vururuq, futbol oynayırıq. Bu gün niyə narazı idim? Dedim arxada oturmayın, qorxaq oynamayın, 0:5, 0:8 uduzun, mən qəbul edəcəyəm. Qəbələdə pis oynadıq, amma istək var idi. Qol vurduq. Bu gün istədiyimi görmədim, sanki 3 xala oynamadıq. Qorxmayaq, futbol oynayaq, camaat gəlir futbola baxmağa. Sən 1 saat yerdə uzan qal, o biri hara gəldi vuracaq. Kimə ləzzət verəcək? İstəyim yaxşı futboldur.

    Futbol

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42
    Futbol

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49
    Futbol

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39
    Futbol

    "Zirə" avrokuboklarla vidalaşdı

    30.07.2026 21:53:43
    Futbol

    "Sumqayıt" "Şamaxı"nı məğlub etdi

    30.07.2026 21:29:42
    Futbol

    MOİK - "Qarabağ": HEYƏTLƏR

    30.07.2026 21:07:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39

    Dünya çempionatı: Sərbəst güləşçilərimizin rəqibləri bilindi

    30.07.2026 22:18:33

    "Zirə" avrokuboklarla vidalaşdı

    30.07.2026 21:53:43

    "Sumqayıt" "Şamaxı"nı məğlub etdi

    30.07.2026 21:29:42

    MOİK - "Qarabağ": HEYƏTLƏR

    30.07.2026 21:07:49

    "Dinamo" - "Neftçi": HEYƏTLƏR

    30.07.2026 20:24:23

    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək

    30.07.2026 20:17:27

    "Roma"dan yeni transfer

    30.07.2026 19:46:45

    UEFA FIFA-nın özəlləşdirmə planına qarşı çıxdı: “Dünya çempionatı satılmır”

    30.07.2026 19:12:41

    "Zirə" - "Payde": HEYƏTLƏR

    30.07.2026 18:50:07

    Dünya çempionatı: Qız güləşçimiz üçün "bürünc" şansı

    30.07.2026 18:16:32

    Azərbaycanda vitse-prezidentin atası danışılmış oyunlara görə cəzalandırıldı – FOTO

    30.07.2026 17:43:37

    I Liqa klubu "Şəfa"dan 4 futbolçu transfer etdi

    30.07.2026 17:40:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved