Niderland l divizionunda Xll turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “De Qrafsxap”la qarşılaşıb və 1:2 hesabıyla məğlub olub. Ozan Kökçü də bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb.
“Eyndhoven” hazırda 20 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

