Bolqarıstan çempionatında XV turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Sofiya ÇSKA-sı ilə qarşılaşıb. Oyun qolsuz bitib – 0:0.
Cəlal da bu matçın iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb, 90+2-ci dəqiqədə sarı vərəqə alıb.
“Arda” hazırda 24 xalla 6-cı pillədə qərarlaşıb.

