“Neftçi” Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir.
Prosport.Az xəbər verir ki, bu gün “Neftçi” Futbol Mərkəzində baş tutan növbəti məşqdən əvvəl klubun yeni idman direktoru Yens Anderson komandanın üzvləri ilə görüşüb, qarşıdan gələn oyunda onlara uğurlar arzulayıb.
Zədəlilər Emil Balayev, Eddi İsrafilov və Andre Şinyaşikidən başqa bütün futbolçuların qatıldığı hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı oktyabrın 29-da, saat 18:30-da “Neftçi Arena”da başlayacaq.

