Qadınlardan ibarət Farer adaları milli komandasının baş məşqçisi Siqne Andersen Millətlər Liqasının C qrupunun III turunda Azərbaycan yığması ilə Klaksvikdə keçirəcəkləri oyun haqda danışıb. Prosport.Az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə danışan Andersen bunları deyib: "Azərbaycanla oyundan öncə komandada müsbət atmosfer hökm sürür. Qrupdakı ilk oyunumuzdan bəri çox işimiz var. İndi biz bu oyuna çıxmaq və hər şeyi meydanda qoymaq üçün həyəcanlıyıq". Farer adaları – Azərbaycan oyununa bu gün Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Oyun "CBC Sport" telekanalı vasitəsilə canlı yayınlanacaq.

