Almaniyanın “Bayer” klubunun kapitanı Robert Andrix Avropa Liqasının H qrupunun 3-cü turunda Leverkuzendə “Qarabağ” üzərində qazandıqları qələbəni (5:1) şərh edib. Prosport.Az xəbər verir ki, almaniyalı futbolçu oyunun asan keçmədiyini deyib: "Əyləncəli idi. Sadə və anlaşılan şəkildə oynadığımız zaman şanslarımız olurdu. 5:1 hesabı yaxşı səslənir. İstədiyimiz üç xalı qazandıq. Amma daha bir-iki qol vura bilərdik”. Qeyd edək ki, "Qarabağ" və "Bayer" arasındakı ikinci matç noyabrın 9-da Bakıda keçiriləcək.
"Qarabağ"a daha bir-iki qol vura bilərdik” – "Bayer"in kapitanı

