Avropa Konfrans Liqasında qrup mərhələsinin lll turunun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Viktoriya"nı qəbul edib.Qarşılaşma qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir də bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə Yosip Drmiçlə əvəzlənib. 26 yaşlı hücumçu sarı vərəqə ilə cəzalandırılıb.
C qrupunda hazırda "Viktoriya" 9 xalla 1-ci, "Dinamo" 3 xalla 2-ci, eyni xalı olan "Balkani" 3-cü, "Astana" isə 4-cüdür (3 xal).

