Azərbaycanın futbol üzrə I Liqasında kuryoz hadisə baş verib.
Prosport.Az-ın məlumatına görə, VI turun "ASK Arena"da keçirilən "İrəvan" - "Şamaxı" oyununa meydan sahibləri 10 oyunçu ilə çıxıb.
Qapıçı Rafiq Həsənov isə meydanda sahə oyunçusu qismində çıxış edib.
Qeyd edək ki, bu matçda "Şamaxı" 3:1 qalib gəlib.
Xatırladaq ki, "İrəvan"ın futbolçuları maaşları verilmədiyindən, oyunlara çıxmaqdan imtina edib.

