AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Kür-Araz"a 0:3 hesablı texniki məğlubiyyət verib.
Prosport.Az xəbər verir ki, buna komandanın heyətində rəsmi protokolda adı olmayan Ceyhun Quliyevin "Dinamo" ilə matçda meydana çıxması səbəb olub.
“Kür-Araz” həmçinin 400 manat cərimələnib.

