"Neftçi"nin baş məşqçisi Adrian Mutu bu gün klubun yeni idman direktoru Yens Andersonun təqdimatı ilə bağlı keçirilən mətbuat konfransına gecikib.
Prosport.Az-ın xəbərinə görə, buna Heydər Əliyev prospektində tıxacın olması səbəb olub.
Nəticədə 12:00-a nəzərdə tutulmuş mətbuat konfransı saat 13:00-da başlayıb. Klubun icraçı direktoru Fərrux Mahmudov və Yens Andersonun iştirakı ilə keçirilən mətbuat konfransına Adrian Mutu yalnız 13:50-də yetişə bilib.

