UEFA Çempionlar Liqasında qrup mərhələsinin lll turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Prosport.Az xəbər verir ki, bu ada Niderlandın “Feyenoord” klubundan Santyaqo Ximenes, İngiltərə “Arsenal”ından Qabriel Jezus, Portuqaliya “Portu”sundan Evanilson və Almaniyanın “Leyptsiq” komandasından David Raum iddia edirlər.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə məlum olacaq.

