UEFA Gənclər Liqasında Macarıstanın "Puşkaş Akademiya"sı səddini aşan "Qəbələ"nin 19 yaşadək komandasının növbəti rəqibi bəlli olub.
Prosport.Az xəbər verir ki, bu, hər 2 oyunda İtaliyanın "Leççe" komandasına 3:1 hesabı ilə qalib gəlmiş Yunanıstanın "Olimpiakos" klubu oldu.
Çempionlar yolunun II mərhələsi çərçivəsində ilk oyun noyabrın 8-də Qəbələdə, cavab matçı noyabrın 29-da Yunanıstanda təşkil ediləcək.
Xatırladaq ki, Azərbaycan futbolu tarixində 2-ci dəfə təmsilçimiz mərhələ adlayıb. Hər 2 uğura “Qəbələ” imza atıb.

