Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasının şərq zonasının qrup mərhələsinin III turunda məğlub olub.
Prosport.Az xəbər verir ki, Tailand təmsilçisi doğma meydanda yer aldığı H qrupunun lideri olan Avstraliyanın “Melburn Siti” klubuna uduzub.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hesabında 3 xal olan “Buriram Yunayted” qrupda 3-cü pillədə qərarlaşıb. Ramil Şeydayevin komandası daha əvvəl doğma meydanda Çinin "Çjetszyan" klubuna qalib gəlib (4:1), sonra isə Yaponiyada yerli “Vanfore Kofu”ya uduzub (0:1).

