Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onların fiziki durumları istədiyimiz səviyyədə deyil" – Qurban Qurbanov
    24.10.2023 16:08:35

    "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqası qrup mərhələsinin "Bayer"lə matçından öncə açıqlamalar verib.

    Prosport.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis öncə Macarıstanın paytaxtı Budapeştdə Jan Borotra adına Feyr-Pley Karyera mükafatını alması ilə bağlı təəsuratlarını bölüşüb:

    "Təəsuratlarım çox xoş oldu. Bəlkə də düşünmək olardı ki, yaddan çıxmışdı. Bu hadisə xeyli müddət əvvəl olmuşdu. Mükafatı alanda yenidən o olaylar yadıma düşdü. Maraqlı tədbir alındı. Həm mənim özümə, həm həmin epizoda çox xoş münasibət göstərildi. Məni bu mükafata layiq gördükləri üçün hər kəsə təşəkkür edirəm".

    Qurban Qurbanov "Bayer"lə oyundan öncə komandadakı ümumi durum barədə məlumat verib. O, Tovuz səfərindən sonra futbolçularda yorğunluq olduğunu bildirib:

    "Heyətdə ümumi olaraq problem yoxdur. Sadəcə, "Turan Tovuz" səfərindən sonra bir az üzgünlük və yorğunluq var idi. Süni örtük və uzaq səfərin təsiri hiss olunurdu. Futbolçular xeyli güc sərf etmişdilər. Amma "Bayer"lə matç tam fərqli oyun, başqa bir turnirdir. Hər futbolçu meydanda olmaq istəyir. Demək olar ki, hamı hazırdır. Zədədən qayıdan bəzi futbolçular komanda ilə məşq etmələrinə baxmayaraq, fiziki durumları bizim istədiyimiz səviyyədə deyil".

    Təcrübəli məşqçi zədələrini sağaldan Bəhlul Mustafazadə və Marko Veşoviçin oynamağa hazır olduğunu deyib:

    "Ümumən normaldırlar. Demək olar ki, zədələri tam olaraq geridə qalıb. Hazırlıq səviyyələri tam qaydasında deyil. Bəhlul 1 aydan bir az çoxdur ki, məşqləri buraxırdı. Durumu pis deyil, komanda ilə tam məşqlərə başlayıb. İstənilən tapşırığı yerinə yetirə bilir. Sadəcə, oyun ritmi tam çatışmır. Onlara bu gün və sabah məşqlərdə nəzər yetirəcəyik".

    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Futbol

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14
    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved