Türkiyənin l Liqasında lX turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” doğma meydanda “Manisa”ya 90+8 qolu ilə qalib gəlib (3:2).
Coşqun Diniyev matça start heyətində çıxıb və 1-ci qolda cərimə zərbəsindən məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda "Ümraniyəspor" 8 xalla 15-cidir.

