Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mənim hazırda elə bir iştahım yoxdur" – Azər Bağırov
    22.10.2023 19:34:10

    "Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edib. 

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

    – Oyun gərgin başladı. Bəlkə məğlub da ola bilərdik. Futbolçularımız daha tez ayıldılar. Lazımi qolu lazımi vaxtda vurduq. Şükürlər olsun ki, 3 xal qazandıq.

    – Hesabın belə olacağını gözləmirdiniz?
    – Sığortalı iş görməyi xoşlayıram. Açıq futbol alındı. Bu gün biz daha dəqiq olduq. Biz qol vurandan sonra rəqib irəli atıldı. Bundan sonra istədiyimiz futbolu göstərə bildik.

    – Bəyənmədiyiniz məqamlar oldu?
    – Əlbəttə. İlk 20 dəqiqədə müdafiədə zəif oynadıq. Bunu aradan qaldırmaq lazımdır.

    – Hazırkı heyet avrokuboklar üçün yetərlidir?
    – Bu haqda hələ ki fikirləşmirik. Daha yaxşı "Araz-Naxçıvan" görmək istəyirik. Qışda nələrisə düşünəcəyik. Hələ qarşıda 8 oyunumuz var.

    – Tez-tez rotasiyalar etməyinizin səbəbi nədir?
    – Rəqibə görə bunları edirik. Futbolçu meydançada olmalıdır. Bizim heyətlə rotasiya qaçılmazdır.

    – Hər qələbədən sonra avrokuboklar haqda düşünməyə başlayırsınız?
    – Yox. Mənim hazırda elə bir iştahım yoxdur. Vaxtımı komandanı oyundan-oyuna hazırlamağa sərf edirəm.

    – Artıq Azərbaycanda ən yaxşı gənc məşqçilərdən hesab olunursunuz. Bu cür uğuru gözləyirdiniz?
    – Hələ heç nə etməmişik. Mən Premyer Liqada çalışmaq üçün U-11-dən yuxarı qalxmışam. Burada debüt etmək üçün çox gözləmişəm.

    – Adınız milli komandaya namizəd göstərilir. Buna münasibətiniz necədir?
    – Hər əsgərin fikri general olmaqdır. Əlbəttə ki, bizim də düşüncəmiz yuxarılarda işləməkdir. Bir məşqçi kimi mənim də hədəflərim var. Zamanı gələndə niyə də olmasın?! Bu, zamana bağlı məsələdir.

    – Azər Bağırova millidə işləmək üçün nə qədər vaxt lazımdır?
    – Bunu funksionerlər yaxşı bilər. Hər zaman milli komandalarda çalışmaq istəmişəm. Hər hansı səbəbdən alınmayıb. Biz balaca adamlarıq. İşimiz komandanı oyunlara hazırlamaqdır.

    – Bu gün millidən təklif gəlsə, qəbul edərsiniz?
    – Millidən təklif gəlsə, kim qəbul etməz ki? Amma bu barədə hələ heç düşünməmişəm.

    – Yükün altına girməkdən çəkinirsiniz?
    – "Araz-Naxçıvan"ı götürəndə yüküm daha çətin idi. Artıq Azərbaycan futbolunda olmayan bir çox oyunçuları Premyer Liqaya gətirmişik. Əlbəttə ki, onların əziyyəti də var. Vadim Abdullayevi Rusiyadan tutub gətirmişəm. İdmanda daim təzyiqlərə hazır olmalısan. Mən özüm də həmişə buna hazır olmuşam. Amma sınmadım.

    – Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Rəqibin UEFA Avropa Liqasında oynamasından istifadə edib xal almaq olar?
    – "Qarabağ"ın heyəti çox yaxşıdır. Oyunçuların keyfiyyəti Azərbaycan futbolundan üstündür. Çətin oyun olacaq. Mübarizə aparmalıyıq.

    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Futbol

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14
    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved