Azərbaycan Premyer Liqasının X turunun "Qəbələ" – "Araz-Naxçıvan" oyunu 3 dəqiqə gec başlayıb.
Prosport.Az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, matçın gec başlamasına səbəb İtaliya A Seriyasının IX turunun "Roma" – "Montsa" görüşü olub.
"CBC Sport" telekanalı vasitəsilə yayınlanan matç saat 16:30-dan tez başa çatmadığından, bu, "Qəbələ" – "Araz-Naxçıvan" oyununun başlanma vaxtına təsir edib.

