Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "O Murad Musayevə və "Sabah"a görə kinayəli əl çalmaq idi" – Samir Abbasov
    21.10.2023 20:51:03

    "Sumqayıt" Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Sabah"a 1:3 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Rəqibi təbrik edirəm. Bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. Yeni gələn oyunçular üçün bir az çətindir. "Sabah"ı ilk dəfədir görürlər. Top rəqibdə olanda da nə etməli olduğumuzu bilirdik. Futbolçuları təbrik etdim. 4 gündən sonra təxirə salınmış oyunumuz olacaq. Bizi məyus edən İsa Sulimanın zədələnməsidir. Zədəsi ciddi olsa, onu layiqincə əvəz edən olacaq.

    – Hakimin sizə sarı vərəqə verməsindən narazı qaldınız?
    – Artıq hakimlər gestapoya çevrilib, hər sözə sarı vərəqə verirlər. Məşqçi sözünü deməlidir. Biz də oyunun içindəyik. Sizin fikriniz nədir? Bəzi şeylərdə güzəşt olmalıdır. Bunlar oyunun bir hissəsidir. Öz işlərini rahatlaşdırmaq üçün edirlər. Ümumi olaraq bu gün hakimlik pis deyildi. Mənim sarı vərəqə görməyim normaldır. Bu birinci dəfə deyil. Bundan sonra da olacaq.

    – Nəticə üçün nə çatmadı?
    – Narazı qaldığım məqamlar var. 4 gündən sonra bu rəqiblə yenə oyunumuz var deyə onları deyə bilmərəm. Bəzi futbolçuların üzərində dayanacağam. İndi adlarını çəkmirəm. 

    – Murad Musayev tez-tez deyir ki, rəqiblər çox vaxt aparır. Sizin bu məsələyə münasibətiniz necədir? Yusif İmanov yerdə olanda kinayə ilə əl çaldınız...
    – Bəli, o, kinayə idi. Sırf Murad Musayevə və "Sabah"a. Ona görə idi ki, bax, sənin də başına gələ bilər. Mənim oyunçumun dizi ağrıyırsa, bu, vaxt aparmaq deyil. Öz futbolçuları oyundan sonra yaxınlaşıb soruşur ki, məşqçiyə nə deyirdin? Cənab baş məşqçi, kimisə qınayırsınızsa, yadınıza bir hadisəni salım. Mən "Neftçi"də baş məşqçi olanda "Sabah" bizi 2:0 məğlub edirdi. Həmin oyunu 2:2-yə gətirdik. Keysuke Hondanın təmiz qolu sayılmadı. Bu vaxta qədər Azərbaycan çempionatının ən mükəmməl vaxt uzadanı Saşa Stamenkoviç idi. O da "Sabah"ın qapıçısı olub. Onda "CBC Sport"un ekspertləri məni qınadılar ki, nədən narazısan? Qalib gəlmək istəyirlər, vaxt aparırlar. Halbuki, qol vurub önə çıxmışıq. Onda hətta öz klubumuzun rəhbərliyi də dedi ki, niyə hakimdən danışırsan. Bu gün belə danışıqlar düzgün deyil. Mən "Sumqayıt"a yeni gəldiyim zamanlarda vaxt apardığı üçün komandadan futbolçu qovmuşam, cərimələr yazmışam. Mənim komandam heç bir zaman vaxt aparmayıb. Bunu edən rəqiblərə də heç nə deyə bilmərəm. Hansı ki, bu gün "Sabah" edir.

    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Futbol

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14
    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved