Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Özümə sual verirəm ki, necə olur liderlərdən xal götürürük" – Azər Məmmədov
    21.10.2023 18:34:26

    "Kəpəz" Azərbaycan Premyer Liqasının X turunda öz meydanında "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – "Turan Tovuz"a təşəkkür edirəm ki, bizə qucaq açdılar. 2 fərqli hissə izlədik. İlk yarıda komandamız daha yaxşı oynadı. Çalışdıq ki, qol vuraq, alınmadı. Təbii örtükdə məşq etdiyimiz üçün bu gün komandada yorğunluq yarandı. Süni örtük öz təsirini göstərirdi. "Zirə" çempionatda ən az top buraxan komandadır. Oyunun ədalətli nəticəsi heç-heçə idi.

    – İddialı komandaların hamısından xal alırsınız, amma sizə yaxın olan rəqiblərə uduzursunuz. Bunu necə izah edə bilərsiniz?
    – Bizə bərabər bəzi klublar ola bilər. Maliyyə baxımından hamıdan geri qalırıq. Özüm də özümə sual verirəm ki, necə olur liderlərdən xal götürürük, daha asan rəqiblərdən isə xal ala bilmirik. Komandanın 80 faizi yenilənib. Futbolçuların adaptasiya alması üçün vaxt lazım olur. Bu proseslərdən keçirdik. 2-ci dövrədə daha fərqli "Kəpəz" olacağıq.

    – Siz Qəbələdə oynamağın tərəfdarı idiniz. Necə oldu ki, Tovuzu seçdiniz?
    – Bəli, qeyd etmişdim ki, Qəbələdə oynasaq, daha yaxşı olar. Süni örtükdə bizim üçün çətin olur. Sadəcə, Tovuzda daha az xərcimiz çıxır. Tovuzun üstünlüyü odur ki, bizə daha yaxındır.

    – Axşam saatlarında oynamamağı siz istədiniz?
    – Matçdan əvvəl Rəşad Sadıqovla söhbət edirdik. Biz də istəyərik ki, axşam oynayaq. Amma PFL belə qərar verib.

    – Sosial şəbəkələrdə veteran futbolçular klub rəhbərliyinə və sizə qarşı kampaniya başladıb. Bu haqda fikirləriniz necədir?
    – Mən gəncəlidən əvvəl azərbaycanlıyam. İstefa tələblərinə gəldikdə isə, söz vermişəm ki, komandanı tam düzəldənə kimi sosial şəbəkələrlə maraqlanmayacağam. Mən bir "Kəpəz" sevən kimi, bir gəncəli kimi klub rəhbəri İlqar Nadirini hər yerdə dəstəkləyəcəyəm. Burada işləsəm də, işləməsəm də. O insanda səmimilik görürəm. Necə dəstəkləməyim? "Kəpəz" üçün əlindən gələni edir. Mənim də istefamı istəyirlərsə, tənqidə açığam. Bəzi azarkeşlərə də haqq qazandırmaq lazımdır. Daha yaxşısını etmək istəyirik. Bizə vaxt laızmdır.

    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Futbol

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14
    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved