Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Heyətimizdə yaradıcı futbolçu qıtlığı var" – Rəşad Sadıqov
    21.10.2023 18:10:29

    "Zirə" Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Oyuna çox pis başladıq. "Kəpəz" ilk hissədə meydanda rahat idi. Qapımıza təhlükəli zərbələr vurdular. 2-ci hissədə oyunumuzu düzəltdik. Təəssüf ki, bunu nəticəyə çevirə bilmədik. Heç-heçə ədalətli nəticədir.

    – Komandada bitiricilik çatmır. Bu haqda nə deyə bilərsiniz?
    – Keyfiyyətlə bağlı problem yaşayırıq. Heyətimizdə yaradıcı futbolçu qıtlığı var. Digər komandalara baxırıq, heç nədən qol yaradırlar. Ümumən futbolçuların çıxışından razıyıq. 20 xal toplamışıq. Sadəcə olaraq oyun baxımından daha yaxşısını istəyirəm.

    – Sizə elə gəlmir ki, zirvədə qalmaq çətin olacaq?
    – Təbii ki, çətin olacaq. Bu gün ilk hissədən narazı idim. Amma 2-ci hissədə yaxşı oynadıq. Çempionat çətin keçir. Kim daha istəkli olacaqsa, o da üstünlük qazanacaq. Nəsə proqnoz vermək çətindir. Bəzi mövqelərdə usta futbolçuya ehtiyacımız var.

    – "Qarabağ"ın arxadan gəlməsi üzərinizdə təqyiq yaratmır?
    – Yox. "Qarabağ"ın xal toplaması bizdə basqı yarada bilməz. Onların gücünə hamımız bələdik. Bütün matçlar ağır keçir. Oyunları təhlil edəndə əmin olmursan ki, hansısa rəqib üzərində dominantlıq edəsən. Hamı böyük çətinliklə qələbə qazanır. Bu, futbolumuz üçün yaxşıdır. Uzun illərdir ki, çempionatda rəqabətin olmasını istəyiridik. Bu mövsüm bunu görürük. Bizi çox maraqlı mövsüm görünür.

    – Milli komanda ilə adınız hallanır. Bu, "Zirə"dəki işinizə təsir etmir?
    – Yox, qəti təsir etmir. Uzun illərdir ki, futbol ictimaiyyəti millidə yerli məşqçinin çalışmasını istəyir. Mən də yerli məşqçilərdənəm. Adımın hallanması normaldır. Bu gün bütün varlığımla "Zirə"nin uğurları üçün çalışıram.

    – Əgər təklif gəlsə, dəyərləndirərsiniz?
    – Bu dəqiqə bütün işim "Zirə" ilə bağlıdır. Ehtimalla bağlı suallara cavab verməyi düzgün hesab etmirəm.

    – Həm klubda, həm də millidə işləməyə razı olarsınız?
    – 2 yerdə işləməyi Azərbaycanda yalnız Qurban Qurbanov bacara bilər. Mən və digər məşqçilər üçün çox çətin olar.

    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Futbol

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14
    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved