Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hesabın 2:3 və 2:4 olmasının heç bir fərqi yox idi" – Şahin Diniyev
    20.10.2023 23:16:53

    "Səbail" Azərbaycan Premyer Liqasının X turunda doğma meydanda "Neftçi"yə 2:4 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Azarkeşlər yaxşı futbol izlədilər. Oyunda hər şey var idi. Hər iki komanda qalib gələ bilərdi. Layiqli futbol oynadıq. Standart vəziyyətdən lazımsız qol buraxdıq. Bundan sonra hesabın 2:3 və 2:4 olmasının heç bir fərqi yox idi. Bu gün komandadan razıyam. "Neftçi"ni təbrik edirəm. İstəkləri çox idi. Belə oynasaq, nəticələr gələcək. Düz yoldayıq.

    - Hesab bərabərləşəndən sonra komandanız müdafiəyə çəkildi. 1 xal sizi qane edirdi?

    - Deməzdim. Mənim futbol fəlsəfəm elədir ki, istəyirəm daim hücum edək, şən futbol oynayaq. 10 oyunun hamısında qol vurmuşuq. Müdafiədə oturmadıq. Ondan sonra da hücumlar etdik. Bu gün meydana qələbə üçün çıxmışdıq. Kiminlə oynamağımızdan asılı olmayaraq müdafiədə oturmayacağıq. Xoşbəxtliyi rəqib qapısında axtarmağa çalışırıq. 

    - Adətən erkən qol rəqibin planlarını pozur. Bu gün belə göründü ki, sizin planınızı pozdu...

    - Belə hallarda futbolçularda psixoloji rahatlıq yaranır. Bütün komandalarda belədir, qol vurandan sonra qapını toxunulmaz saxlamağa çalışırsan. Bu da mane olur. İlk 15 dəqiqədə qol vurmaq istəyirdik. Buna nail olduq. İstəmədən müdafiəyə oturduq. Amma bundan sonra 3 dənə qol şansımız oldu. İkinci qolu vursa bilsəydik, bizim üçün daha yaxşı olardı. 1:0 sürüşkən hesabdır. 0:0 bundan daha yaxşıdır. Çünki konsentrasiyanı itirmirsən. 

    - Cabir Əmirli əməliyyat olunub, bu gün Süleyman Əhmədov zədələndi. Həmin mövqedə yalnız Rafael Məhərrəmli var. Bu, sizi narahat etmir?

    - Hər mövqeyə 2 bərabərsəviyyəli oyunçu transfer etmək istəyirdik. Bircə sağ cinahda problemimiz qaldı. Bir futbolçu ilə danışırdıq. Son məqamda başqa klub keçdi deyə o mövqeni doldura bilmədik. Nə olursa, yaxşılığa doğru olur. Rotasiya da edə bilərik, Rafael də oynaya bilər. Bunu böyük problem kimi qəbul etmirik. Bəhanə gətirmək istəmirəm. Boşluq varsa, bu, baş məşqçinin günahıdır. 

    - Keçmiş olsun...

    - Nolub ki, Kimsə ölüb? Futboldur da. Üç nəticədən biri qeydə alınır. Heyat davam edir. Pis oynayıb uduzmadıq. "Neftçi"nin bu gün əvəzetmədən oyuna girən futbolçuları bizim heyətə bəs edir.

    - Fasiləyə saniyələr qalmış qol buraxdınız. Bu, oyunun qırılma nöqtəsi oldu?

    - Fasilə ərəfəsində vurulan qol soyuq duş kimidir. İkinci hissəyə çıxanda təzyiq göstərib ikinci qolu vurmağı tapşırmışdıq. Bunu da etdik. Sadəcə buraxdığımız qol planlarımızı pozdu.

    Futbol

    Nazir "Sabah"ın baş məşqçisini mükafatlandırdı

    26.11.2026 14:12:45
    Futbol

    "Bizimlə kifayət qədər amansız davrandılar" - Timoteuş Puxaç

    26.11.2026 13:41:01
    Futbol

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07
    Futbol

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13
    Futbol

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19
    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bakıda keçirilən dünya çempionatında 8 erməni idmançısı yarışır – ADLAR

    26.11.2026 14:23:50

    Nazir "Sabah"ın baş məşqçisini mükafatlandırdı

    26.11.2026 14:12:45

    "Bizimlə kifayət qədər amansız davrandılar" - Timoteuş Puxaç

    26.11.2026 13:41:01

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07

    "Neftçi" heyətini legioner müdafiəçi ilə gücləndirdi

    26.11.2026 12:38:55

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved