"Turan Tovuz" Azərbaycan Premyer Liqasının II dövrəsinin ilk oyununda nümunəvi addımla yadda qalıb.
Prosport.Az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Media sektorunun aşağı hissəsində yerləşən yuxarıdan ilk 2 sıra şəhid, qazi ailələri və qazilər üçün nəzərdə tutulub.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl media sektorunu qurmuş, lakin jurnalistlərin narazılığından sonra media oturacaqları azarkeşlərdən yuxarı, qonaq komandaların VİP lojasının yanında quraşdırılmışdı.

