"Turan Tovuz" stadionunda yenilik edib.
Prosport.Az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, komanda tarixində ilk dəfə X turun "Qarabağ"la matçını projektor altında keçirəcək.
"Neftçi" ilə oyundan sonra sınaqdan keçirilən projektor artıq bu turdan etibarən istifadədə olacaq.
Bundan başqa, klubun sponsoru "Huner Group" artıq stadionda kiçik maliyyə xərclərini qarşılamaq üçün qida və içki satışını da həyata keçirməyə başlayıb.
Belə ki, quraşdırılan "fanfud"da buterbrod 1 manata, kofe 50 qəpiyə və çay 20 qəpiyə satılır.
Səbuhi Musa

