Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Adolfun yaratdığı şəhərdən qalan səfər təəssüratları – I YAZI
    20.10.2023 10:13:08

    Gənclər və idman naziri Fərid Qayıbovun təbiri ilə desəm, olduğum 20-ci ölkə. Bu bir vaxtlar çox olmaq istədiyim, hətta mübaliğəyə varmadan deyə biləcəyim xəyallarımın ölkəsi İsveçdir. Bu sevginin arxasında 1994-cü ilin dünya çempionatının bürünc medalçıları – Martin Dalin, Tomas Ravelli, Tomas Brulin, Henrik Larson, Kenet Andersonun oynadığı, bu yaxınlarda karyerasını bitirən Zlatan İbrahimoviçin çıxış etdiyi İsveç millisi böyük rol oynayıb.

    Açığı, Skandinaviyada "Neftçi" vasitəsilə 2 il öncə Finlandiyanın paytaxtı Helsinkidə olsam da, İsveçdə 2 dəfə olmaq imkanını əldən vermişdim. 2013-cü ildə "Qarabağ"la İsveçin "Yefle" və 2016-cı ildə həmin ölkənin "Yötebory" komandaları ilə səfərə yollanmaq imkanım olsa da, müəyyən səbəblərdən Skandinaviya səfərim baş tutmamışdı. Görünür, bu, 7 il sonraya "Qarabağ"ın Yötebory şəhərinə səfərinə təsadüf imiş.

    Deyə bilərsiniz ki, Göteborg niyə yox, Yötebory? Məsələ burasındadır ki, ingilislərin Qotenburq (Gothenburg) adlandırdığı bu şəhər heç də Qöteborq yox, məhz Yötebory kimi oxunur. Paytaxt Stokholmdan sonra ölkənin 2-ci böyük şəhəri sayılan Yötebory Nordik, yəni şimali Avropa ölkələri (Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç) 5-ci böyük ərazi məskəni statusuna sahibdir. Şəhər 1621-ci ildə İsveç kralı II Qustav Adolf tərəfindən salınıb...

    Oktyabrın 3-ü saat 18:00-da Bakıdan çarter reysi ilə ora yollananda 5 saatlıq uçuşun olacağını bilirdik. Ona görə də həmin gün şəhəri gəzmək imkanımız sıfıra bərabər idi. Üstəlik, baqaja verilmiş çemodanlarımız komandanın qaldığı hotelə gətirildiyindən, onları oradan götürüb öz hotelimizə gətirməli, şam yeməyi yeməli idik. Bununla belə, 4 həmkarla axşam saat 11-də kiçik şəhər gəzintisinə çıxdıq. Şəhər soyuq, quru təsir bağışlayırdı. Çünki şəhərdə heç kim yox idi. Deyilənə görə, həftəsonları istirahət günləri istisna olmaqla, bura qışda həmişə belə darıxdırıcı olur. Yalnız yayda turistlərin axını ilə şəhər canlanır.

    Ertəsi gün şəhər gəzintisinə davam etdik. Bu dəfə havanın soyuqluğuna güclü külək də təkan vermişdi. Sanki Bakıdan o əsən güclü küləyi özümüzlə gətirmişdik... İndi şəhəri tam çılpaqlığı ilə görmək imkanımız vardı. Şəhəri gəzərkən gəlib çıxdıq İncəsənət Muzeyinə (Göteborgs konstmuseum). İddialara görə, içərisindəki kolleksiyaların kəmiyyəti baxımından ölkənin 3-cü böyük muzeyidir. 1861-ci ildə Yötebory Muzeyi kimi salınan incəsənət obyekti indiki binasına 1923-cü ildə qovuşub. 1925-ci ildən isə məhz İncəsənət Muzeyi adlanmağa başlayıb. Ondan bir az aralıda isə 1909-cu ildə əsası qoyulmuş Vasa kilsəsi (Vasakyrkan) mövcuddur.

    Şəhərin mərkəzindən Yöta çayı (Göta älv) keçir. Qaldığımız hotelin düz sağ tərəfində isə əzəmətli Yötebory Limanı yerləşir. Bura hansısa dənizi xatırlatsa da, məhz çayın sahilidir. Şimal ölkələrinin ən böyük limanı ünvanına sahib çıxan bu ərazidən 1 il ərzində 11 min gəmi dünyanın 140 təyinat məntəqəsinə istiqamət alır.

    Həmin gün axşam saatlarında güclü küləyi qasırğa əvəzləyir. Axı, Yötebory liman şəhəridir. Həmkarlardan 3-ü hardasa oturmaq üçün şəhərə çıxsa da, mən və otaq yoldaşım Elsevər Məmmədov şəhər gəzintisini ləğv edirik. Səhər isə bizi günəşli şəhər gəzintisi və maraqlı sürprizlər gözləyirdi...

    Ardı növbəti yazıda... 
     

    Futbol

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı

    31.07.2026 00:55:46
    Futbol

    "Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı

    30.07.2026 22:55:12
    Futbol

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42
    Futbol

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49
    Futbol

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39
    Futbol

    "Zirə" avrokuboklarla vidalaşdı

    30.07.2026 21:53:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı

    31.07.2026 00:55:46

    "Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı

    30.07.2026 22:55:12

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39

    Dünya çempionatı: Sərbəst güləşçilərimizin rəqibləri bilindi

    30.07.2026 22:18:33

    "Zirə" avrokuboklarla vidalaşdı

    30.07.2026 21:53:43

    "Sumqayıt" "Şamaxı"nı məğlub etdi

    30.07.2026 21:29:42

    MOİK - "Qarabağ": HEYƏTLƏR

    30.07.2026 21:07:49

    "Dinamo" - "Neftçi": HEYƏTLƏR

    30.07.2026 20:24:23

    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək

    30.07.2026 20:17:27

    "Roma"dan yeni transfer

    30.07.2026 19:46:45

    UEFA FIFA-nın özəlləşdirmə planına qarşı çıxdı: “Dünya çempionatı satılmır”

    30.07.2026 19:12:41

    "Zirə" - "Payde": HEYƏTLƏR

    30.07.2026 18:50:07

    Dünya çempionatı: Qız güləşçimiz üçün "bürünc" şansı

    30.07.2026 18:16:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved