Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" bu akademiya ilə müqavilə bağladı – FOTOLAR
    19.10.2023 23:30:03

    “Qarabağ” klubu ilə Avropa Futbol Akademiyası (EFA) arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

    Prosport.Az xəbər verir ki, tədbirdə "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl, EFA-nın təsisçi-direktoru Vüsal Mustafayev, inzibati işlər üzrə direktor Murat Karaman və baş meneceri Kamran Bayramov iştirak edib.

    Ə.Çəlikəl əməkdaşlığın perspektivlərindən danışıb: “Çox yaxşı haldır ki, Azərbaycanda uşaq futboluna diqqət ayıran, bu istiqamətdə püxtələşən belə bir akademiya fəaliyyət göstərir. Sözügedən akademiyanın iş prinsipləri və futbola yanaşması ilə yaxından tanış olduq və perspektiv vəd edən müqaviləyə imza atdıq. EFA-nın bizimlə əməkdaşlıq etmək istəyi “Qarabağ”a verilən dəyəri göstərir. İnanıram ki, “Qarabağ”la anlaşma EFA-nın fəaliyyətinə əlavə stimul verəcək və yeni futbolçuların akademiyaya cəlb olunmasında, onların inkişafında müsbət rol oynayacaq. Bu, Azərbaycan futbolu və “Qarabağ” üçün yeni gənc futbolçuların yetişməsi mənasında bir şans, üstünlükdür”.

    V.Mustafayev müqavilə barədə fikirlərini açıqlayıb: “Qarabağ” kimi böyük bir klubla müqavilə bağladığımız üçün çox şadıq. “Qarabağ” illərdir ki, nəinki Azərbaycanda, Avropa arenalarında sözünü layiqincə deyən, adından söz etdirən komandadır. “Qarabağ”la müqavilə imzalamaq bizim üçün çox önəmli, qürurvericidir. Bu əməkdaşlıq sayəsində yerli futbolçularımız böyük arenalarda oynamaq şansı əldə edəcəklər, “Qarabağ”ın seçimi isə böyüyəcək və gənclər arasında rəqabət artacaq”.

    Qeyd edək ki, əsas məqsədi ölkədə uşaq futbolunu inkişaf etdirmək və yüksək səviyyəli futbolçular yetişdirmək olan EFA 2017-ci ildə yaradılıb. Akademiyada 9-17 yaş aralığında futbolçulardan ibarət komandaların tərkibində 300-ə yaxın yeniyetmə futbolun sirlərinə yiyələnir. Sözügüdən komandalar AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə turnirlərdə mübarizə aparır. Hazırda EFA-nın yetirmələrindən bir neçəsi Avropanın müxtəlif klublarında top qovur. Akademiyanın yetirmələri aşağı yaş qrupları üzrə Azərbaycan yığmalarına da cəlb olunur.

    Müqaviləyə əsasən, “Qarabağ” klubu EFA-nın tərkibində fərqlənən, perspektiv vəd edən futbolçuları öz komandalarına qatmaq hüququna malikdir.

    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Futbol

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved