İsrailin “Makkabi” (Təl-Əviv) və Ukraynanın “Zarya” komandaları arasında keçirilməsi planlaşdırılan UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunun matçı təxirə salınıb.
Prosport.Az xəbər verir ki, oyunun noyabrın 25-də keçirilməsi gözlənilir.
Qarşılaşmanın yerini Təl-Əviv klubu müəyyənləşdirəcək.
“Makkabi” – “Zarya” matçı oktyabrın 25-də keçirilməli idi. Amma oyun son günlər Qəzzada baş verənlər səbəbindən təyin olunan vaxtda keçirilməyəcək.

