Futbol üzrə Azərbaycan I Liqasının IV turunda keçirilməli olan “İmişli” – “İrəvan” oyunu baş tutmayıb.
Prosport.Az xəbər verir ki, qonaq komanda meydana çıxmayıb. “İrəvan” futbolçuları maaş ala bilmədikləri üçün oyunu boykot ediblər.
Onlara bu səbəbdən texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Qeyd edək ki, komanda 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.

