"Qarabağ"ın futbolçusu Marko Yankoviçin üzvü olduğu Monteneqro yığması Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda 8-ci turda səfərdə Serbiya ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Yankoviç 85-ci dəqiqədə əvəzlənib.
Serbiya - Monteneqro - 3:1
Qollar: Mitroviç, 9 (1:0), Yovetiç, 36 (1:1), Mitroviç, 74 (2:1), Tadiç 77 (3:1)
Monteneqro 6 oyundan sonra 8 xalla 3-cü sıradadır. İkinci yerdə olan Serbiyanın 13, Avro-2024-ün final mərhələsinə vəsiqəni təmin edən lider Macarıstan millisinin isə 14 xalı var.

