Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Nəinki 1 xala, hətta 3 xala da layiq idik" – Mahir Emreli
    17.10.2023 13:57:54

    Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Avstriya ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az 26 yaşlı forvardın fikirlərini diqqətinizə çatdırır:

    –  Son iki oyun haqda fikirlərini bölüşərdin...

    –  Estoniya ilə matç nəticə və oyun baxımından bizim üçün yaxşı oldu. Bu gün ilk hissədə qol epizodlarımız olmasa da, topla oynamağa çalışırdıq. İkinci yarıda daha yaxşı oyun alındı. Çalışırdıq ki, hamımız bir yerdə hücuma gedək. Nəticəyə görə üzülürəm. Çünki, bu gün nəinki 1 xala, hətta 3 xala da layiq idik.

    –  Tribunaların boş olması sənin üçün gözlənilməz oldu?

    – Azarkeşlərin olmağı həmişə futbolçular üçün böyük motivasiyadır. Futbolu onlara görə oynayırıq.

    –  Estoniya ilə oyunda əvəzlənərkən narazılığın var idi. Düşünmürsən ki, bu gün start heyətində yer almamağın bununla bağlı idi?

    –  Həmin an vura bilmədiyim zərbələr gözümün önündən keçirdi. Özüm Özümə deyinirdim, baş məşqçilik bir şey yox idi. Bu gün start heyətdə olmamağımın səbəbini bilmirəm.

    – Sən meydana daxil olanda azarkeşlərim arasında coşqu yarandı. Meydanda daha çox olsaydın, nələrsə edə bilərdin?

    – Təbii ki. Çünki, evdə oynayırdıq. Daha çox vaxt olsaydı, bəlkə nəsə etmək olardı. Artıq olub bitdi. Azarkeşlərin coşqusu mənə motivasiya verir. Hər dəfə top ayağıma gələndə nəsə olacağını gözləyirdilər. Ümid edirəm ki, gələcəkdə mənə inanan hər kəsin ümidlərini doğruldacağam.

    – Sənin və Musanın az şans qazanmağınız ab-havanıza təsir etmir?

    – Yox. Klub başqa, milli başqadır. Kluba gedəndə burada baş verənləri unudursan. Məşqçinin öz fikridir. Bu sualların cavabını o daha yaxşı bilər. Bu gün xaricdə oynayan futbolçuların çox olması müsbət məqamdır. Bir dostum var. Deyir ki, arzu edirəm ki, millimizin bütün futbolçuları toplanışa xaricdən gəlsinlər.

    – Belə fikir var ki, hazırkı milli müstəqillik dövrünün ən yaxşı millisidir. Bu heyətlə hansı formada nəticə qazana bilərik?

    – Bu heyətlə 4-5 ildir oynayırıq. Lüksemburq millisinə baxın. Neçə illərdir bir yerdə oynayırlar. Bu gün artıq seçmə mərhələni keçməyə yaxındırlar. Portuqaliyaya məğlub olublar, amma komanda futbol oynayır. Taktiki məqamlar baş məşqçilərin verəcəyi qərardır. Hamı görür ki, heyət necə olanda komanda necə oynayır.

    – "Dinamo"da ötən illə müqayisədə daha çox şans qazanırsan. Bu, nə ilə bağlıdır?

    – Keçən il baş məşqçi ilə problemlər yaşayırdım. İstər-istəməz bu, meydanda da görünürdü. Bu il nisbətən yaxşıdır. Baş məşqçi nə qədər çox güvənsə, futbolçu bir o qədər canla-başla oynayacaq. Son oyunların çoxusuna əsas heyətdə çıxmışam. Komandana fayda verməyə çalışıram. "Dinamo" məni futbolçu kimi çox böyütdü, formalaşmağımda köməyi çox oldu. Böyük futbolçularla oynamaq, məşq etmək adama fayda verir. Fərqi hiss edə bilirsən. "Dinamo"nun böyüklüyü hamıya məlumdur. Komandamız TOP Liqadakı bir çox klublardan zəif deyil.

    – Avrokuboklardakı uğursuzluğu nə ilə əlaqələndirirsən?

    –  AEK-lə oyun bizim üçün şok idi. 90-cı dəqiqəyə kimi 2:0 öndə idik. Bəzi oyunçular komandadan getdi. Bunun da təsiri oldu. Daha sonra toparlana bildik.

    – Adın "Neftçi" ilə hallanır. Belə bir təklif olub?

    – Yox, olmayıb.

    – Sənin gedişindən sonra xaricə gedən futbolçularımızın sayı artdı. Düşünmürsən ki, xaricdə qalmaq çətindir stereotipini qırdın?

    – Bu barədə heç vaxt düşünməmişəm. Əgər az da olsa fayda verə bilmişəmsə, buna görə çox şadam. "Dinamo"da ötən il çox çətin mövsüm keçirdim. Neynəyim? Başımı aşağı salıb hər şeydən vaz keçəsi deyiləm. Çalışmalıyıq. Bu məsələdə deyirəm ki, "Dinamo" məni çox böyütdü.

    – Legioner həyatı yaşayan futbolçulardan səninlə məsləhətləşən olub?

    – Yox. Mənim getdiyim komandaya kimsə gedəsi olsa, onda başa düşərəm. Futbolçuların mənimlə məsləhət edəsi durumu olmur. Çətinliklər var. Bəzən tək olmaq çətindir. Dil baxımından çətinliyim olmadığı üçün adaptasiya dövrünü rahat keçirəm. Ürəyim istəyəndə ailəm yanıma gələ bilir. Hər şeyin öhdəsindən gəlmək olar. Baxır qarşına qoyduğun məqsəd nədir. Ona doğru irəliləmək lazımdır.

    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Futbol

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14
    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved