Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Biz ancaq gözləməli və ümid etməliyik ki, pley-offa vəsiqə qazanaq" – De Byazi
    16.10.2023 23:11:57

    Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda Avstriya seçməsinə 0:1 hesabı ilə məğlub olub.

    Sportal.az xəbər verir ki. yığmamızın baş məşqçisi Canni De Byazi qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Yaxşı oyun keçirdik. İlk hissədə oyunumuz yaxşı alınmadı. Topla bacarığımızı göstərə bilmədik. Fasilədən sonra yaxşı oynadıq. Təəssüf ki, qol buraxdıq. Amma balansı saxlamışdıq, mübarizə aparırdıq. Sona qədər meydanda qaldıq. Son dəqiqəqə yaxşı şansımız oldu. Toral Bayramov üçün heyfslənirəm, çox yaxşı oynadı, qol vurmağa layiq idi. Heyf ki, yaxşı nəticə olmadı.

    – Avstriyanın oyunçu dəyişikliklərinə gec reaksiya göstərdiniz. Sonuncu əvəzetməyə kimi saxlamışdınız?
    – 2-ci yarıda yaxşı oyun gedirdi, dəyişikliklərə ehtiyac yox idi. Fasilədən sonra rəqib qol vurdu. Son dəqiqəyə qədər mübarizə apardıq. Avstriya güclüdür, Avropa çempionatına vəsiqə qazandı. Onların futbolçuları güclü çempionatlarda oynayır, fiziki baxımdan güclüdürlər.

    – Rəqibə hansı komponentdə uduzduq?
    – Əsasən ilk hissədə topla daha yaxşı oynamalıydıq. Nədənsə, çəkinirdik, qorxurduq. 3 gün əvvəl Estoniya ilə oynamışdıq, yorğunluq görünürdü. Avstriya güclü idi, amma biz də inkişaf etmişik. 4 qol buraxmadıq, yalnız penaltiyə görə uduzduq. 90-cı dəqiqədə qol vursaydıq, bu gün burada pivənin iyini görməyəcəkdik. Əlimizdən gələni etdik. Amma uşaqlardan çox da nəsə tələb edə bilmərik.

    – Jurnalistlərlə heç vaxt razı olmursuz. Oyun ərzində aut ata bilmirdik, standart vəziyyətlərdə effektli deyildik. Bunu nə ilə əlaqələndirirsiniz?
    – Təbii ki, jurnalistlərlə razı olmaya bilərəm. Məcbur deyilik ki, bir-birimizlə razılaşaq. Məsələn, sənin "Real"dan xoşun gəlir, mənim yox. Uşaqlar maksimum oynadılar. Mənim üçün vacib olan tək keyfiyyət deyil, ən vacibi odur ki, oyunçular bütün enerjisini meydanda qoysunlar. Bu baxımdan onlardan razıyam. Təbii ki, nəticə fərqli olsaydı, daha çox sevinərdik. Futbol piramida kimidir. Yuxarıda yer azdır, aşağıda çoxdur. Addım-addım piramidanın yuxarısına gəlməliyik.

    – İnkişaf etmək üçün nə lazımdır?
    – Heç nə bir gündə hazır olmur. 14 ayda 7 qələbəmiz, 6 məğlubiyyətimiz, 2 heç-heçəmiz var. Bu, faktdır. Özündən güclülərə qarşı oynayırsansa... Avstriyaya uduza bilərik, amma başımız dik qaldıq, sona qədər mübarizə apardıq.

    – Yerdən pivə qoxusu gəlir, çünki Avstriya millisi mətbuat konfransında qələbəni pivə ilə qeyd etdi. Nə vaxta kimi biz rəqiblərin pivəsini iyləyəcəyik?
    – Çayın iyini istəyirsən? Kimin nə xoşuna gəlir, onu içir. Bilmirəm, nə vaxt biz də sevinəcəyik, bizdə də belə olacaq. Nəyisə əldə etmək üçün vaxt lazımdır. Bu il çox oyunçu xaricə getdi, amma dərhal nəticə istəyə bilmərik. Oyunçu seçimi çox olmalıdır.

    – Millətlər Liqasında pley-off oynamaq şansımız var. Rəqibləri izləyirsiniz?
    – Bəxtimizdən Lüksemburq da, Yunanıstan da uduzacaq.

    – Musa Qurbanlı 2 oyundur ki, az oynayır. Səbəb nədir?
    – Ozan Can Kökçü, Rəşad Əzizli də oynamadı. 25 nəfərimiz var, 2 nəfəri kənarda saxlamalıyıq. Onları kənarda saxlayanda ürəyim ağrıyır, hamısı oğlum kimidir. Uduzmağı heç sevmirəm, çox əsəbiyəm. Amma yenə də uşaqlara oyundan sonra "çox sağ ol" dedim. Məni əsəbləşdirən məqam odur ki, topla ilk yarıda daha yaxşı oynamalıydıq.

    – İşdir, Lüksemburq və Yunanıstan bizə Millətlər Liqasında pley-off oynamaq şansı versə, necə olacaq? Bunlar baş versə, Gürcüstanla oynayacağıq. Nələri dəyişmək lazımdır?
    – Nəyə hazırıq? Hər şeyi proqramlaşdırıram. Hazırda biz ancaq gözləməli və ümid etməliyik ki, bunlar baş versin. 

    – Bizdə belə şans olsa, nəyi dəyişməliyik ki, uğurlu çıxış edək?
    – Başa düşdüm. Heç nəyi dəyişməli deyilik. Çalışacağıq ki, belə inkişaf edək və güclənək.

    – Komandanın ştatlı penalti vuranı Emin Mahmudovdursa, Ramil Şeydayev niyə cərimə zərbəsini yerinə yetirir?
    – Ramil Şeydayev qol vurur, hələ ki, odur. Eminin millidə 11 qolu var, digərləri də vursun. 

    – Son 3 oyunda milli komandada sanki irəliləyiş hiss olunur. Birdən-birə nə dəyişdi?
    – Biz yaxşı başlamadıq, ilk oyunumuz Avstriya və İsveçdəydi. O oyunları yaxşı analiz edin, görün bizdə nə çatışmadı. Təcrübə baxımdan çox geri qalırıq. Çox işləməliyik. Çox xal yığmamışıq. Amma kimsə fikirləşirdi ki, bu qrupda çox xal yığararaq qrupdan çıxacağıq. Deməli, futbolu yaxşı izləmir və futboldan başı çıxmır.

    Futbol

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı

    31.07.2026 00:55:46
    Futbol

    "Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı

    30.07.2026 22:55:12
    Futbol

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42
    Futbol

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49
    Futbol

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39
    Futbol

    "Zirə" avrokuboklarla vidalaşdı

    30.07.2026 21:53:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı

    31.07.2026 00:55:46

    "Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı

    30.07.2026 22:55:12

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39

    Dünya çempionatı: Sərbəst güləşçilərimizin rəqibləri bilindi

    30.07.2026 22:18:33

    "Zirə" avrokuboklarla vidalaşdı

    30.07.2026 21:53:43

    "Sumqayıt" "Şamaxı"nı məğlub etdi

    30.07.2026 21:29:42

    MOİK - "Qarabağ": HEYƏTLƏR

    30.07.2026 21:07:49

    "Dinamo" - "Neftçi": HEYƏTLƏR

    30.07.2026 20:24:23

    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək

    30.07.2026 20:17:27

    "Roma"dan yeni transfer

    30.07.2026 19:46:45

    UEFA FIFA-nın özəlləşdirmə planına qarşı çıxdı: “Dünya çempionatı satılmır”

    30.07.2026 19:12:41

    "Zirə" - "Payde": HEYƏTLƏR

    30.07.2026 18:50:07

    Dünya çempionatı: Qız güləşçimiz üçün "bürünc" şansı

    30.07.2026 18:16:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved