Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycan yaxşı müdafiə olunurdu" – Ralf Ranqnik
    16.10.2023 22:40:51

    Avstriya yığma komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, qonaqların baş məşqçisi Ralf Ranqnik matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Asan oyun olmadı. Bura hazır gəlmişdik. Azərbaycanın hansı oyuna qadir olduğunu bilirdik, son 2 matçlarına baxmışdıq. Bura gələndə Azərbaycanı analiz etmişdik. Asan olmasa da, konsentrasiya olmuşduq ki, qalib gələk. Buna da nail olduq.

    – Son dəqiqələrdə futbolçularınız Şahruddin Məhəmmədəliyevin üzərinə şığıdı. Qorxmurdular ki, cavabı başqa cür olar?
    – Əgər davanı nəzərə alırsınızsa, bu, futboldur, hər vəziyyət ola bilər. Dava da həmçinin. Sona 10 dəqiqə qalmış Saşa Kalayciç sifətinə zərbə almışdı. Bilərəkdən nəsə etmədi.

    – Qələbə qazandıqca, oyunçular rahatlıq hiss edir?
    – Oyunçular mahnı oxuyurdular. Qalib gəlməklə arxayınlaşmırıq. Öz üzərimizdə işləməliyik.

    – Meydanda hansısa söyüş oldu?
    – Meydanda hər şey ola bilər. Futbolçular bir-birini söyə də, itələyə də bilər. Fransa, İspaniya, Belçika ilə görüşlərdə də hətta bir-birini söyürdülər. İrəli addım atmaq üçün hər üsuldan istifadə etməliyik. Təsnifat mərhələləri çətin olduğu üçün oyunçular özlərindən çıxır.

    – Azərbaycan çempionu "Qarabağ" Almaniyanın "Bayer" klubu ilə Avropa Liqasında ardıcıl 2 oyun keçirəcək. Bir alman mütəxəssisi kimi deyə bilərsinizmi, "Qarabağ" onlardan xal ala bilər?
    – Hazırda başqa oyundayıq. "Qarabağ"la maraqlanırıq, məlumatımız var. "Bayer" indi yaxşı formadadı, Bundesliqada yaxşı nəticələr əldə edirlər. Xal alacaqlar ya yox, bunu vaxt göstərəcək. Yığma ilə bağlı sual varsa, verə bilərsiniz. Avstriyada da Azərbaycan klubları izlənilir, "Qarabağ" da tanınır.

    – Azərbaycan millisi ilə görüşdə səhvlər olurdu, oyunçularınız toparlana bilmirdi. Fasilədə onlara nəsə dediniz?
    – İlk hissədə çalışdıq ki, erkən qol vuraq, amma alınmadı. Azərbaycan yaxşı müdafiə olunurdu. Səhvlər edirdik, toparlana bilmirdik. 2-ci hissə başlayanda oyunçulara dedim ki, toparlanmaq və ən azı 1 qol vurmaq lazımdır. Başlayan kimi qol vurduq. Amma rahatlaşmalı deyilik. 2-ci yarıda yenə səhvlər edirdik (bundan sonra Avstriya millisinin futbolçuları əllərində şampan mətbuat konfransına daxil olur və baş məşqçinin üzərinə onu tökür. Konfrans isə yarımçıq dayandırılır – red.).

     

    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Futbol

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14
    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved