Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Bu rəqibimə 11-ci dəfə qalib gəlirdim" – Eldəniz Əzizli
    27.09.2023 15:32:34

    "Nuqzari Surtsumia ilə 11-ci dəfə qarşılaşırdım". 

    Bunu Prosport.Az-a açıqlamasında yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu olan Eldəniz Əzizli deyib.

    Serbiyanın paytaxtı Belqradda keçirilmiş güləş üzrə dünya çempionatında Eldəniz Əzizli 1/8 finalda Taiqa Onişiyə (Yaponiya) 3:1, 1/4 finalda Marlan Mukaşevə (Qazaxıstan) 6:0, 1/2 finalda Puya Dadmarza (İran) 3:2 qalib gəldi. Onun finaldakı rəqibi isə köhnə tanış Nuqzari Surtsumia (Gürcüstan) idi. Hesabı 50 saniyəyə 13:4 fərqli üstünlüyə gətirib çıxaran Eldəniz vaxtından erkən 3-cü dünya çempionluğunu təmin etdi.

    31 yaşlı idmançı finalda qələbə qazanacağından əmin olduğunu bildirib. Bunun səbəbi var: "İndiyədək bütün görüşlərdə ona qalib gəlmişəm. 9 dəfə təmiz qələbə ilə, 2 dəfə isə xal hesabı ilə onu məğlub etmişəm. Dünya çempionu olduğum turnirlərdə 2018-ci ildə yarımfinalda 6:3, ötən il finalda 8:0, bu il də finalda 13:4 qalib gəldim. 2018-ci ildə çempion olduğum Avropa çempionatının 1/4 finalında 9:0, ötənilki Avropa çempionatının finalında isə 8:2 hesabı ilə onu yenmişəm. Ona görə də öz çəkimdə ən yaxşı tanıdığım idmançılardan biridir".

    Ötən il Belqradda keçirilən dünya çempionatının qalibi olan Eldəniz yenə eyni məkanda titulunu qoruyaraq yunan-Roma güləşində üçqat dünya çempionu olan yeganə idmançımız ünvanına sahib çıxdı. Bəs Serbiya onun üçün nəyi ifadə edir?: "Belqrad və Macarıstanın paytaxtı Budapeşt şəhəri mənə doğmadır. Serbiyada (Zrenyanin şəhəri) 2008-ci ildə yeniyetmələrin, 2011-ci ildə isə gənclərin Avropa çempionu olmuşam. Budapeştdə isə 2010-cu ildə gənclər arasında, 2018-ci ildə böyüklər arasında dünya, 2022-ci ildə böyüklər arasında Avropa çempionu adına yiyələnmişəm".  

    Bəs Eldəniz Əzizli gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə qatılmağı düşünürmü? Bunun üçün o, 55 kq çəki dərəcəsindən olimpiya çəki dərəcəsi hesab edilən 60 kq-a keçid etməlidir: "60 kq çəki dərəcəsinə keçməyim məşqçilər korpusu ilə birgə verəcəyimiz qərardan asılı olacaq. Çəkimi qaldırıb Bakıdakı lisenziya turnirində çıxış edəcəyimi dəqiq bilmirəm. Amma hər bir idmançı kimi mənim də arzum Olimpiya Oyunlarında iştirak etməkdir".

    Qeyd edək ki, Azərbaycanı 60 kq çəki dərəcəsində Nihat Məmmədli son dünya çempionatında təmsil edib. O isə 1/4 finalda 2020-ci ilin Avropa çempionu Qevorq Qəribyana (Ermənistan) 1:3 uduzduğundan, lisenziya qazana bilməyib.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved