Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Akjol Mahmudovdan revanşı almağa çalışacağam" – Sənan Süleymanov
    22.09.2023 12:55:04

    “Finalda qırğızıstanlı Akjol Mahmudovdan revanşı almağa çalışacağam. Ən böyük arzum dünya çempionu olmaqdır”.

    Prosport.Az xəbər verir ki, bunu Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

    77 kq çəki dərəcəsində bu gün həlledici görüşə çıxacaq idmançı əvvəlki turnirlərdə uğursuz nəticə göstərməsinin səbəblərini izah edib:

    “Düzdür, daha öncə də dünya çempionatının finalına çıxmışam. Budəfəki yarış mənim üçün çox vacib idi. Bir neçə turnirdə müəyyən səbəblərə görə nəticə verə bilmirdim. Komanda yoldaşlarım da, məşqçilərimiz də bilirlər ki, yarışlara necə hazırlaşırdım. Sadəcə, bəzi səbəblərdən alınmırdı. Ancaq bu dünya çempionatında sözümü dedim. Finala çıxdım və olimpiadaya vəsiqə qazandım”.

    O, mundialda keçirdiyi oyunları xatırlayıb:

    “Dünya çempionatında 5 görüş keçirdim. Hamısı çox çətin oldu. Əsas da ilk görüşü qeyd edərdim. Finlandiyalı güləşçi U-23-lər arasında dünya çempionu idi. Gizlətmirəm, ilk qarşılaşmadan öncə çox həyəcanlı idim. Çünki son yarışlarda uğur qazana bilmirdim. Daha sonra amerikalı ilə üz-üzə gəldim. Təhlükəli rəqib idi. Onu da keçdikdən sonra həm fiziki, həm də taktiki-texniki cəhətdən güclü olan Moldova idmançısı ilə qarşılaşdım. Hər görüşə uyğun taktika seçirdim və aktiv güləşməyə çalışırdım ki, hakimlərin əleyhimə qərarlar çıxarmasına şans verməyim. Əvvəldən sona kimi mübarizə apardım. İstədiyim güləşi göstərə bildim. Mən uduzanda belə, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm. Bu uğurumu onlara həsr edirəm”.

    S.Süleymanov 2021-ci ildə Türkiyədə keçirilən İslam Həmrəyliyi Oyunlarının finalında uduzduğu Akjol Mahmudovla duelə hazır olduğunu vurğulayıb:

    “Parter vəziyyətinə görə Akjola məğlub olmuşdum. Bu dəfə qalib gəlməyə çalışacağam. Bura çempion olmağa gəlmişəm. İnşallah, qalib gəlməklə həm arzumu yerinə yetirərəm, həm də qələbəmi xalqımıza həsr edərəm. Komanda yoldaşlarıma da uğurlar arzulayıram. Hamısı buna layiqdir. Ümid edirəm ki, həm olimpiadaya lisenziya, həm də medallar qazanarlar”.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved