Fatih Terim Bakıda 30 nəfərə "Qalatasaray" forması paylayacaq.
Prosport.Az-ın xəbərinə görə, 17 iyunda Bakı Konqres Mərkəzində təşkil olunacaq "Kaybetmek Kolay, Kazanmak Olay" adlı tədbirə qatılan şəxslər "Qalatasaray"ın ulduz futbolçularının və “İmperator” ləqəbli məşqçinin imzalı formasını əldə etmə şansı qazanacaq.
Belə ki, seminara qatılan iştirakçılar sonda təşkil ediləcək yarışa qatıla biləcəklər. Fatih Terimin lototrondan çıxaracağı şəxslərin adı canlı olaraq səsləndiriləcək və ümumilikdə 30 nəfər qalib seçiləcək. 20 nəfərə Fatih Terimdən imzalı "Qalatasaray" forması, 10 nəfərə isə "Qalatasaray"ın ulduz oyunçularının şəxsi imzasının olduğu forma hədiyyə ediləcək.
Qeyd edək ki, seminar 17 iyun saat 19:05-də başlayacaq və 21:00-dək davam edəcək.

