Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Terimi Bakıya gətirən şirkət rəhbəri: "Bunun üçün 2-3 ay onunla danışıq APARDIQ"
    8.05.2023 12:52:35

    "Qərara gəldik ki, çoxdandır Azərbaycan futbol azarkeşləri Fatih Terimlə görüşmək istəyir. Burada çoxlu "Qalatasaray" azarkeşləri var. Azərbaycana məşhur müğənnilər gətirilir. Amma insanların motivasiya ala biləcəyi, onun uğurundan ilham alına biləcək insanlar Bakıya dəvət olunmur. Bu baxımdan biz düşündük ki, Fatih Terim futbolsevərlərin ən çox sevdiyi şəxslərdən biridir".

    Bunu Prosport.Az saytına "Bəylimedia" və "Excevent" şirkətinin təsisçisi və baş direktoru Şəhriyar İmanbəyli deyib.

    O, Fatih Terimin Bakıya dəvət olunmasının İstanbul ofisinin vasitəsilə baş tutduğunu bildirib: "Bizim 5 ölkədə ofisimiz var. Bunlardan biri də Türkiyədədir. Məhz bu səfərin təşkili sırf İstanbul ofisimizin təşəbbüsü ilə baş tutub. Təxminən Terimlə 2-3 ay danışıq olub. Nəticədə onun Azərbaycana gəlişi ilə bağlı bir tarix ala bildik".

    Şəhriyar İmanbəylinin sözlərinə görə, biletlər sürətlə satılır: "Bugünədək Azərbaycanda bu tip seminar olmayıb. Qiymətlər 35 manatdan başlayır. Düşünürəm ki, qiymət o qədər də baha deyil. Biletlər iTicket.az saytında satılır. 3000-3300-lük zaldır. Biletlər hazırda sürətlə satılır. Zalın tam dolacağını gözləyirik".

    Şirkət rəhbəri 17 iyun saat 19:05-də Bakı Konqres Mərkəzində başlayacaq seminar barədə də məlumat verib: "Terim orada uğur hekayəsini, müvəffəqiyyətinin sirlərindən danışacaq. Düşünürəm ki, bu, gənclərin və iş adamlarının motivasiya ala bilməsi üçün faydalı seminar olacaq. Seminarın başlanma vaxtının 19:05 olması isə təsadüfi deyil. Bildiyiniz kimi, "Qalatasaray" klubunun yaranma tarixi 1905-ci ildir. Bu səbəbdən seminarın başlanma tarixini simvolik olaraq belə seçdik".

    Qeyd edək ki, seminar təxminən 2 saat davam edəcək. Seminar üçün ən ucuz biletlər 35, ən bahalılar 270 manat təşkil edir.

    Səbuhi Musa 

    Futbol

    FIFA AFFA-ya 10 milyon ayıracaq?

    29.09.2026 11:42:11
    Futbol

    "Xankəndi"nin yeni baş məşqçisi bilindi

    29.09.2026 11:11:04
    Futbol

    Türkiyə klubu Nəriman Axundzadədən imtina edir

    29.09.2026 10:00:46
    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA AFFA-ya 10 milyon ayıracaq?

    29.09.2026 11:42:11

    "Xankəndi"nin yeni baş məşqçisi bilindi

    29.09.2026 11:11:04

    "Qalatasaray"ın sabiq baş məşqçisi Azərbaycan millisində

    29.09.2026 10:53:29

    Qadın basketbolçulardan ibarət millimizdə yunanıstanlı baş məşqçi

    29.09.2026 10:24:50

    Türkiyə klubu Nəriman Axundzadədən imtina edir

    29.09.2026 10:00:46

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved