Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Təxirə salınan “SportAccord” tədbiri növbəti il Azərbaycanda keçiriləcək
    27.11.2026 20:22:16

    İlin əvvəlində təxirə salınan “SportAccord” tədbiri növbəti il Azərbaycanda keçiriləcək.

    Prosport.Az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “ExpoSport Azerbaijan 2026” idman sərgisinin açılış mərasimində bildirib.

    Nazir bildirib ki, sözügedən yarış bəzi məsələlərə görə təxirə salınıb: “Hazırda Bakı dünyanın idman paytaxtıdır. Bu mənada, ölkədə irimiqyaslı tədbirlər, dünya və Avropa çempionatları, eləcə də digər turnirlər təşkil olunur. Böyük idman sərgisi olan “SportAccord” da planlaşdırılırdı. Təəssüf ki, bəzi məsələlərə görə həmin tədbir ilin əvvəlində təxirə salındı. Lakin növbəti il yenidən Azərbaycanda baş tutacaq. Buna görə də Bakının dünyanın idman paytaxtı olduğu bu ildə sərgi keçirmək qərarına gəldik”. 

    O, sərginin iki gün davam edəcəyini diqqətə çatdırıb: “Federasiyalar da bu təşəbbüsü maraqla qarşıladılar. Burada idman şirkətləri də təmsil olunur. Əsas məqsəd ölkə idmanının təbliğatıdır. Sevindirici haldır ki, məktəblərdən, o cümlədən özəl təhsil müəssisələrindən çoxlu sayda uşaqlar, universitetlərdən gələnlər, tələbələr, gənclər və ümumilikdə bütün yaş kateqoriyalarından olan insanlar buraya qatılıblar. Tədbir iki gün davam edəcək. Stendlərdə federasiyalar xahiş etdilər ki, növbəti dəfə sərgi daha geniş ölçüdə təşkil olunsun. Son illər ərzində ilk dəfə keçirilirdi və inanıram ki, gələcəkdə bundan da böyük ekspozisiya baş tutacaq”. 

    “Demək olar ki, bütün idman növləri burada uğurla təşkil olunur. Ümumiyyətlə, ölkədə idman dövlət siyasətidir. Bunu ölkə başçısı müəyyənləşdirib və son 30 il ərzində belə bir irəliləyişə nail olunub, bu uğurlar əldə edilib. Çox maraqlı stendlər var idi və federasiyalar fərqlənməyə çalışırdılar. Diqqət çəkən məqamlar olsa da, onları bir-bir qeyd etmək istəmirəm. Yaxşı hal odur ki, qurumlar bir-birinə yaxınlaşırlar. Hazırda hamı bir yerdə çalışır, əldə olunan nəticələr və güc də məhz bu birlikdədir”, - nazir qeyd edib.

    Stolüstü oyunlar

    Nicat Abasov 7, Gövhər Beydullayeva 4 milyon qazandı

    27.11.2026 21:19:42
    Digər idman növləri

    Təxirə salınan “SportAccord” tədbiri növbəti il Azərbaycanda keçiriləcək

    27.11.2026 20:22:16
    Futbol

    AFFA rəhbərliyi Gənclər və İdman Nazirliyinin tədbirinə qatılmadı

    27.11.2026 19:49:31
    Digər idman növləri

    Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi

    26.11.2026 22:16:20
    Digər idman növləri

    Azərbaycan Kubokunun qalibləri müəyyənləşdi

    26.11.2026 20:52:49
    Digər idman növləri

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız Ermənistanda 6 medal qazandı - FOTOLAR

    27.11.2026 23:40:59

    "Barselona" ilə oyunda zədələnən Zedadkanın durumu bilindi

    27.11.2026 23:13:06

    Mahir Emrelinin qolu "Rakuv"u məğlubiyyətdən xilas etmədi

    27.11.2026 22:45:51

    "Verniduba bildirdim ki, artıq çox danışırsınız" – Rəşad Sadıqov

    27.11.2026 22:07:33

    "Sadıqovla aramızda heç nə yoxdur" – Yuri Vernidub

    27.11.2026 21:48:49

    Nicat Abasov 7, Gövhər Beydullayeva 4 milyon qazandı

    27.11.2026 21:19:42

    "Neftçi" 3 xalı 1 qolla qazandı - VİDEO

    27.11.2026 20:55:20

    Bu məşqçilərə D kateqoriyalı lisenziyalar təqdim olundu

    27.11.2026 20:51:43

    Təxirə salınan “SportAccord” tədbiri növbəti il Azərbaycanda keçiriləcək

    27.11.2026 20:22:16

    AFFA rəhbərliyi Gənclər və İdman Nazirliyinin tədbirinə qatılmadı

    27.11.2026 19:49:31

    I Liqada 15 oyunun vaxtı açıqlandı

    27.11.2026 19:26:04

    I Liqa: "Xankəndi"dən səfər, "Səbail"dən ev qələbəsi

    27.11.2026 18:40:00

    "Neftçi" - "Zirə": HEYƏTLƏR

    27.11.2026 18:04:42

    "Rəqib yaxşı oynadı, biz isə sadəcə stadionda idik" - Ervins Perkons

    27.11.2026 17:36:43

    "Rəhbərlik son görüşdə də mənə etimadını göstərdi" - Zaur Həşimov

    27.11.2026 17:19:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved