Gənclər və İdman Nazirliyi “ExpoSport Azerbaijan 2026” idman sərgisi keçirib və sərgidə idman federasiyaları iştirak edib.
Prosport.Az xəbər verir ki, tədbirə AFFA da stendi ilə qatılıb.
Gənclər və idman naziri Fərid Qayıbov federasiyaların stendlərini bir-bir gəzib və rəhbər şəxslərlə görüşüb.
Maraqlıdır ki, bütün federasiyalar rəhbərlik – prezident, baş katib, vitse-prezident səviyyəsində təmsil olunsa da, AFFA-dan yalnız Marketinq və Sponsorluq Departamentinin rəhbəri Zeynal Əhmədov iştirak edib.
AFFA-nın Mətbuat xidməti isə məsələyə belə aydınlıq gətirib: “Sərgidə Marketinq və Sponsorluq Departamentinin rəhbəri iştirak edib. Digər rəhbər şəxslər qrafiklərinə görə sərgiyə qatıla bilməyiblər”.
