Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Verniduba bildirdim ki, artıq çox danışırsınız" – Rəşad Sadıqov
    27.11.2026 22:07:33

    Azərbaycan Premyer Liqasının XIII turunun “Neftçi” – “Zirə” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Oyun bizim üçün uğursuz başladı. Matçaqədərki məşqlərimizdə “Neftçi”nin erkən qol planına qarşı hazırlıqlarımız oldu, amma alınmadı. Qolda qayda pozuntusunun olub-olmadığını bilmirəm. Qoldan 15-20 dəqiqə sonra oyunu ələ ala bildik. 2-ci hissədə isə daha fəal və sürətli oynadıq. Hücumlar etdik, təhlükəli epizodlar yaratdıq. Futbolçularıma təşəkkür edirəm. Liderə qarşı oynayırdıq. “Neftçi”nin səviyyəsini bilirdik. Ümumilikdə oyunçularımın performansından razı qaldım.

    – Leqbo ötən qarşılaşmada müdafiənin solunda oynayırdı. Bu dəfə isə vinger kimi meydanda idi. Bu dəyişiklik nə ilə bağlı oldu?
    – Bizdə ciddi şəkildə vinger qıtlığı var. Digər oyunçularımız da var, amma onlar gəncdirlər. Hazırda tam formalaşmış vingerimiz yalnız Erendir. Məcburiyyətdən heyətdə dəyişikliklər edirik. “Neftçi”nin cinah müdafiəçiləri hücumda fəaldırlar. Ona görə Qismət və Amin cinahlarda oynadı. Leqbo hücumlarda təhlükə yarada bilir. İki il əvvəl Finlandiyada çıxış edən zaman bir mövsümə 15 qol vurmuşdu. Bu tip oyunları qazanmaq üçün nəticəyə təsir edə biləcək futbolçulara ehtiyac var.

    – Oyundan sonra Vernidubla aranızda nə baş vermişdi?
    – Dediklərim yadımda deyil. Sadəcə bildirdim ki, artıq çox danışırsınız. Bunu qeyd etdim və getdim. Mən ona dedim ki, hörmətim “Neftçi”yədir. Bilirik ki, o, harada işləyir. Bəzi kəlmələri ona yaraşdırmıram. Bu gün də fasilədə yanımdan keçəndə narazılıq bildirirdi. Ona dedim ki, susmağımın səbəbi “Neftçi”də olmağınızdır.

    – Hədəflərinizə çatmaq üçün heyətinizin potensialı yetərlidir?
    – Yayda seleksiyamız oldu. Ümumi baxanda, iddialı komandalarla mübarizə aparmaq çətindir. “İmişli” ilə heç-heçə etdik, Şamaxıdakı oyunda qələbə qazana bilərdik. Bu gün heyətdəki bütün futbolçularımız sağlam olsaydı, bəlkə nəticə fərqli alına bilərdi. Sıx qrafikdəyik. Ardıcıl matçlarımız var və bu heyətlə mübarizə aparmaq asan deyil. Çalışacağıq ki, “3-lük” üçün rəqabətdə yer alaq.

    – Oyunun sonlarının gərgin keçməsi nə ilə bağlı idi?
    – Rəqibin qələbəni xüsusi qeyd etməsini görmədim. “Neftçi”nin oyun proqramına baxsaq, qış fasiləsinə kimi demək olar, ən kritik qələbəsini qazandı. Futbolçularda aqressiya və hörmətsizlik görmədim.

    Futbol

    "Barselona" ilə oyunda zədələnən Zedadkanın durumu bilindi

    27.11.2026 23:13:06
    Futbol

    Mahir Emrelinin qolu "Rakuv"u məğlubiyyətdən xilas etmədi

    27.11.2026 22:45:51
    Futbol

    "Verniduba bildirdim ki, artıq çox danışırsınız" – Rəşad Sadıqov

    27.11.2026 22:07:33
    Futbol

    "Sadıqovla aramızda heç nə yoxdur" – Yuri Vernidub

    27.11.2026 21:48:49
    Futbol

    "Neftçi" 3 xalı 1 qolla qazandı - VİDEO

    27.11.2026 20:55:20
    Futbol

    Bu məşqçilərə D kateqoriyalı lisenziyalar təqdim olundu

    27.11.2026 20:51:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız Ermənistanda 6 medal qazandı - FOTOLAR

    27.11.2026 23:40:59

    "Barselona" ilə oyunda zədələnən Zedadkanın durumu bilindi

    27.11.2026 23:13:06

    Mahir Emrelinin qolu "Rakuv"u məğlubiyyətdən xilas etmədi

    27.11.2026 22:45:51

    "Verniduba bildirdim ki, artıq çox danışırsınız" – Rəşad Sadıqov

    27.11.2026 22:07:33

    "Sadıqovla aramızda heç nə yoxdur" – Yuri Vernidub

    27.11.2026 21:48:49

    Nicat Abasov 7, Gövhər Beydullayeva 4 milyon qazandı

    27.11.2026 21:19:42

    "Neftçi" 3 xalı 1 qolla qazandı - VİDEO

    27.11.2026 20:55:20

    Bu məşqçilərə D kateqoriyalı lisenziyalar təqdim olundu

    27.11.2026 20:51:43

    Təxirə salınan “SportAccord” tədbiri növbəti il Azərbaycanda keçiriləcək

    27.11.2026 20:22:16

    AFFA rəhbərliyi Gənclər və İdman Nazirliyinin tədbirinə qatılmadı

    27.11.2026 19:49:31

    I Liqada 15 oyunun vaxtı açıqlandı

    27.11.2026 19:26:04

    I Liqa: "Xankəndi"dən səfər, "Səbail"dən ev qələbəsi

    27.11.2026 18:40:00

    "Neftçi" - "Zirə": HEYƏTLƏR

    27.11.2026 18:04:42

    "Rəqib yaxşı oynadı, biz isə sadəcə stadionda idik" - Ervins Perkons

    27.11.2026 17:36:43

    "Rəhbərlik son görüşdə də mənə etimadını göstərdi" - Zaur Həşimov

    27.11.2026 17:19:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved