Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Kikboksinq
    Ümumdünya Kombat Oyunlarında iştirak edəcək daha 10 idmançımız bilindi
    21.09.2023 11:38:32

    Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək III Ümumdünya Kombat Oyunlarında Azərbaycanı karatedə kimin təmsil edəcəyi müəyyənləşib.

    Prosport.Az-ın xəbərinə görə, Ümumdünya Karate Federasiyası bu yarışda iştirak edəcək 21 yaşadək idmançıların siyahısını açıqlayıb.

    20-21 oktyabr tarixlərində keçiriləcək karate yarışında Azərbaycanı Hüseyn Məmmədli təmsil edəcək. O, 67 kq çəki dərəcəsində çıxış edəcək.

    Həmçinin, Prosport.Az olaraq digər idman növlərindən kimin Azərbaycanı bu multiidman yarışında təmsil edəcəyini müəyyənləşdirməyə çalışdıq. Daha əvvəl Eduard Məmmədovun tələbəsi olan "Ağ canavar" ləqəbli Amin Quliyevin ötən ilin noyabrında Türkiyənin Antalya şəhərində keçirilmiş kikboksinq üzrə Avropa çempionatının qalibi olmaqla bu yarışa lisenziya qazandığını xəbər vermişdik. Beləliklə, Azərbaycanı bu yarışda təmsil edəcək 11 idmançının adını təqdim edirik: 

    Karate: Hüseyn Məmmədli (67 kq)
    Kikboksinq: Amin Quliyev (60 kq)
    Savat: Tutu İsmayılova (52 kq)
    Qraplinq: Nadir İmaməliyev (84 kq), Hacımurad Purtiyev (92 kq)
    Pankration: Əli Quliyev (66 kq), Əli Şərifov (71 kq), Türkmən Məmmədli (84 kq), Ramir Ağalarov (92 kq), Esmira Məmmədova (65 kq)
    Uşu: Orxan Hətəmov (56 kq)

    Bu yarışın proqramında 16 olimpiya və qeyri-olimpiya idman növləri var. Aykido, qol güləşi, boks, qılıncoynatma, cüdo, cü-citsu, karate, kendo, kikboksinq, muaytay, sambo, savat, sumo, taekvondo, güləş (yunan-Roma güləşi, qraplinq, pankration, kəmər güləşi) və uşu idman növləri Ümumdünya Kombat Oyunlarında təmsil olunacaq. Həmçinin, 3-cü dəfə təşkil olunacaq bu yarışın tarixində ilk dəfə fiziki, əqli və görmə məhdudiyyətli idmançılar aykido, muaytay, qol güləşi, cu-citsu, sambo and savat idman növlərində qüvvələrini sınamaq imkanı əldə edəcək. 80 ölkədən 1700 idmançının yarışacağı turnir 20-30 oktyabr tarixlərində keçiriləcək.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Güləş

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved