Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında növbəti oyununu keçirib. Prosport.Az xəbər verir ki, Rumıniya yığması ilə oyun rəqib komandanın 4:2 hesablı qələbəsilə ilə başa çatıb. Millimizin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Komandamız turnirdə növbəti oyununu sabah İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Millimiz Rumıniyaya məğlub oldu
