Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medalla kifayətlənməli olub.
Prosport.Az xəbər verir ki, 92 kq çəki dərəcəsində yer alan avar əsilli idmançı finalda qazaxıstanlı Rzabəy Aytmuxanla üz-üzə gəlib.
Rəqibinə uduzan Osman Nurməhəmmədov yarışı 2-ci pillədə bitirib.
Qeyd edək ki, bu çəki dərəcəsi olimpiya çəki dərəcəsi olmadığından, Olimpiadaya lisenziya qazandırmayıb.
