Güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyevin Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının 1/4 finalında Ermənistan idmançısı Vazgen Tevanyanla bugünkü görüşündə gərginlik yaşanıb.
Prosport.Az xəbər verir ki, qarşılaşmanın sonuna yaxın erməni idmançı Hacı Əliyevin üzərinə hücum edərək onu təxribata çəkib.
Hac; Əliyev isə buna qarşılıq verib. Yığmamızın baş məşqçisi Xetaq Qazyumov xalçaya çıxıb və Hacını sakitləşdirib.
